Beynəlxalq ictimaiyyətə ünvanlanan ciddi mesajlar ŞƏRH | Icma.az
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Cari ilin aprel ayının 9-da Bakı yenidən qlobal fikir mübadiləsinin mərkəzinə çevrildi.ADA Universitetində təşkil olunan "Yeni dünya nizamına doğru"mövzusunda beynəlxalq forum dünyanın diqqətini Azərbaycana yönəltdi.
Forumda əsas çıxışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev etdi.
Onun tədbirdə iştirakı həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənildi.
Forumun keçirilməsi dünya düzəninin sürətlə dəyişdiyi, geosiyasi ziddiyyətlərin dərinləşdiyi bir dövrə təsadüf edir.
Müasir çağırışlara cavab axtaran ölkələr və beynəlxalq qurumlar yeni əməkdaşlıq formatları yaratmağa çalışır.
Məhz belə bir məqamda keçirilən bu forum, qlobal məsələlərin açıq dialoq şəraitində müzakirəsi üçün mühüm platforma oldu.
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq forumun mövzularına diqqət yetirdikdə zamanın çağırışlarını, beynəlxalq və regional, bəşəriyyəti narahat edən məsələləri əhatə etdiyinin şahidi oluruq.
Tam oxu
Xəbəri oxu