Icma.az
close
up
RU
Beynəlxalq ictimaiyyətə ünvanlanan ciddi mesajlar ŞƏRH

Beynəlxalq ictimaiyyətə ünvanlanan ciddi mesajlar ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Cari ilin aprel ayının 9-da Bakı yenidən qlobal fikir mübadiləsinin mərkəzinə çevrildi.ADA Universitetində təşkil olunan "Yeni dünya nizamına doğru"mövzusunda beynəlxalq forum dünyanın diqqətini Azərbaycana yönəltdi. Forumda əsas çıxışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev etdi. Onun tədbirdə iştirakı həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənildi.

Forumun keçirilməsi dünya düzəninin sürətlə dəyişdiyi, geosiyasi ziddiyyətlərin dərinləşdiyi bir dövrə təsadüf edir. Müasir çağırışlara cavab axtaran ölkələr və beynəlxalq qurumlar yeni əməkdaşlıq formatları yaratmağa çalışır. Məhz belə bir məqamda keçirilən bu forum, qlobal məsələlərin açıq dialoq şəraitində müzakirəsi üçün mühüm platforma oldu.
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq forumun mövzularına diqqət yetirdikdə zamanın çağırışlarını, beynəlxalq və regional, bəşəriyyəti narahat edən məsələləri əhatə etdiyinin şahidi oluruq. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti müxtəlif dövlətlərlə istər ikirərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin yüksək səviyyədə qurulımasını və yeni istiqamətlər üzrə inkişaf etdirilməsini şərtləndirir. Prezident İlham Əliyevin forumlardakı çıxışları Azərbaycan reallıqlarının, həmçinin regionda və dünyada baş verən dəyişikliklərin, ədalətə, beynəlxalq hüquqa, əməkdaşlığa çağırışların təqdimatında əhəmiyyətli rol oynayır.
Qeyd edək ki, Forumda Prezident İlham Əliyevə çoxsaylı suallar ünvanlandı, dövlətimizin başçısı onların hər birinə ətraflı və dolğun cavab verdi. Bu cavabların hər birini əslində Azərbaycanın müstəqil və qətiyyətli siyasət yürüdən dövlət olmasının, eləcə də qazandığımız hər bir uğurun aydın təsviri kimi dəyərləndirmək olar. Ona görə Prezident İlham Əliyevin cavabları, fikirləri və təhlilləri forumda iştirak edən 80 xarici ekspertin respublikamızla bağlı təəssüratlarını daha da möhkəmləndirdi, Azərbaycanın beynəlxalq miqyasda obyektiv və dolğun təqdimatı üçün mühüm mənbə rolunu oynadı.
Aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda etdiyi çıxış, tək bölgə ölkələrinə deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan ciddi mesajlar idi.
Göründüyü kimi, yeni dünya nizamının formalaşdırılması ədalətə, beynəlxalq hüquqa çağırışlar edir. Bu prinsiplərin qorunduğu, öndə saxlanıldığı dünyada sülhün, təhlükəsizliyin bərqərar olması qaçılmazdır. Təəssüflər olsun ki, əksər dünya gücləri ikili standardlara əsaslanan siyasətlərindən yaxa qurtara bilmir, maraqlar ədaləti üstələyir. Bunu bəzi dünya güclərinin siyasətində aydın görmək mümkündür. Dövlət başçısı İlham Əliyev forumdakı çıxışında bu məqama xüsusi diqqət yönəltdi ki, biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırılırdı. Lakin ABŞ qoşunları Əfqanıstandan qaçdıqdan sonra bunu ölkəmizə qarşı yenidən tətbiq etməyə başladılar. Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı. Dövlət başçısı İlham Əliyev “Biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq” söyləyərək bu çağırışı da etdi ki, lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik. Bu yaxınlarda təşəbbüslər irəli sürülüb və biz Ermənistanın mövqeyini gözləyirik. “Yeni dünya nizamına doğru” forumu bir reallığı təsdiqlədi: universal qayda anlayışı artıq işləmir. Hər bir ölkə öz modelini axtarır, öz təhlükəsizlik və inkişaf nizamını qurmağa çalışır. Bu kontekstdə Azərbaycan azsaylı ölkələrdən biridir ki, regional nizam layihəsi təklif edir. Bu model suverenliyə hörmət, iqtisadi qarşılıqlı asılılıq, tarixi yaddaş və hüquq üzərində legitimlik, həmçinin xaricdən idxal edilən deyil, daxildə təmin olunan təhlükəsizlik kimi prinsiplərə əsaslanır.
Məlumdur ki, hətta ATƏT-in Minsk qrupu Strasburqa səfər edərək ABŞ, Rusiya və Fransanın vahid mövqeyini orada ortaya qoymuşdu: “Bu prosesə qarışmayın, bu, bizim inhisarımızdadır. Müdaxilə etməyin”. Məsələ məhz bundan ibarət idi. Yəni, bu platformadan istifadə edərək bu məsələyə diqqətin yönəldilməsi ilə bağlı gözləntilərimiz özünü doğrultmadı. Bundan əlavə, AŞPA özünün ərazi bütövlüyünü bərpa etdiyinə görə Azərbaycanı cəzalandırmaq qərarına gəldi. 2023-cü ilin sentyabrında Qarabağdakı separatçıların kökü kəsildi. Məhz bu səbəbdən onlar 2024-cü ilin yanvarında bizim nümayəndə heyətimizi səsvermə hüququndan məhrum etdilər. Onlar bunu insan hüquqları məsələsi çərçivəsinə daxil etməyə çalışdılar, ancaq bu, qətiyyən belə deyil. Qeyd etdiyim kimi, biz 2001-ci ildən bu təsisatın üzvü idik və bu vaxtadək Azərbaycan nümayəndə heyətinin mandatı şübhə altına alınmırdı. Məhz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən bir neçə ay sonra onlar bizi səsvermə hüququndan məhrum etdilər. Yaranmış şəraitdə bizim orada fəaliyyətimizi dayandırmaq qərarını verdik. Həmin vaxtdan etibarən biz onların iclaslarında iştirak etmirik.
"Yeni dünya nizamına doğru" adlı beynəlxalq forum Azərbaycanın beynəlxalq siyasətdəki fəallığının və qlobal dialoqa verdiyi töhfənin parlaq nümunəsinə çevrildi. Prezident İlham Əliyevin forumdakı çıxışı isə Azərbaycanın gələcəyə baxışını və dünya düzəninin formalaşmasında oynadığı mühüm rolu bir daha təsdiqlədi.

Bəhruz Ramazanov

YAP Qusar rayon təşkilatının məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:266
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see345

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see324

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see305

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see300

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see270

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see266

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see255

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see248

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see207

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see205

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see192

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri