“Beynəlxalq olimpiada qaliblərinə xüsusi imtiyazlar təşkil olunmalıdır” | Icma.az
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hər il Azərbaycan məktəbliləri dünya fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə ölkəmizi təmsil edərək iştrak edirlər.
İştrakçılar arasında ölkəmizə medal gətirənlər və üçrəngli bayrağımızı dalğalandıranlar da az deyil.
Hesablasaq bəlkə də, müstəqilliyimizdən indiyə kimi 1000 nəfərdən çox gəncimiz beynəlxalq olimpiadalarda və müsabiqələrdə iştrak etmiş, həmçinin də, uğur qazanmışdır.
Amma çox təəssüflər olsun ki, bu gənclərimizə diqqət və qayğı zəifdir.
İdman istiqaməti üzrə ölkəmizi təmsil edən çox dəyərli idmançılarımız var.
Bu idmançılarımızın istər ölkə mətbuatında tanınması, istər ictimaiyyətdə xüsusi hörmətin göstərilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən addımların atıldığını görürük.
Amma elm və təhsil sahəsi üzrə eyni statusa malik olanlarla müqayisədə fərqli mənzərə ilə qarşılaşırıq.
Tam oxu
Xəbəri oxu