Icma.az
close
up
RU
“Beynəlxalq olimpiada qaliblərinə xüsusi imtiyazlar təşkil olunmalıdır”

“Beynəlxalq olimpiada qaliblərinə xüsusi imtiyazlar təşkil olunmalıdır”

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər il Azərbaycan məktəbliləri dünya fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə ölkəmizi təmsil edərək iştrak edirlər. İştrakçılar arasında ölkəmizə medal gətirənlər və üçrəngli bayrağımızı dalğalandıranlar da az deyil. Hesablasaq bəlkə də, müstəqilliyimizdən indiyə kimi 1000 nəfərdən çox gəncimiz beynəlxalq olimpiadalarda və müsabiqələrdə iştrak etmiş, həmçinin də, uğur qazanmışdır. Amma çox təəssüflər olsun ki, bu gənclərimizə diqqət və qayğı zəifdir. İdman istiqaməti üzrə ölkəmizi təmsil edən çox dəyərli idmançılarımız var.

Bu idmançılarımızın istər ölkə mətbuatında tanınması, istər ictimaiyyətdə xüsusi hörmətin göstərilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən addımların atıldığını görürük. Amma elm və təhsil sahəsi üzrə eyni statusa malik olanlarla müqayisədə fərqli mənzərə ilə qarşılaşırıq. 

Bu gün bizim idman sahəsi üzrə dünyada ad qoyaraq tanınan idmançılarımızı demək olar ki, bütün ictimaiyyət tanıyır, amma elm sahəsi üzrə  və olimpiadada uğur əldə edərək ölkəyə medal gətirən gənclərimiz çox da tanınmır . Burada işin böyük qismi Elm və Təhsil Nazirliyinin üzərinə düşür. Nazirlik bu gənclərin öz sahəsi üzrə inkişaf etməsindən sosial vəziyyətinə kimi dəstək olmalıdır. Ehtiyac yaranarsa bu istiqamətdə müəyyən büdcə ayrılmalıdır. Milli Məclisə müvafiq istiqamətdə təkliflər edilməlidir. 

Bu gün idman sahəsi üzrə idmançılarımızın növbəti yarışlara hazırlaşması üçün müəyyən imkanlar var, Gənclər və İdman Nazirliyi tərəfindən idmançılarımıza zallarda məşq keçmələri üçün şərait yaradılır. Amma çox təəssüflər olsun ki, bizim elm və təhsil üzrə dünya olimpiadalarına hazırlaşan gənclərimizdə bu kifayət qədər deyil. İnkişaf etmiş ölkələrdə belə gənclərə xüsusi diqqət və qayğı göstərilir, onlara öz bilik və bacarıqlarını inkişaf etdirmək, yeni kəşflər və nailiyyətlər əldə etmək üçün xüsusi mərkəzlər və müəyyən büdcə ayrılır. Həm icad və inkişaf istiqamətində, həm də sosial şəraiti olaraq bunlara mütləq dəstək olunmalıdır. Bu gənclərin öz sahəsi üzrə elmini inkişaf etdirməsi üçün lazımi addımlar atılmalıdır. Çünki bütün dünyada müəyyən ixtisas üzrə yer tutan məktəblilər çox az sayda olur. Bu gün Lütfüzadələri yetişdirmək üçün müvafiq addımlar atılmalı, onlara xüsusi yerlər ayrılmalı, bilik və savadlarının inkişaf etdirilməsi istiqamətində dəstək verilməlidir. Bir sıra qabaqcıl ölkələrdə olduğu kimi bizdə də bu kimi talantlara xüsisi akademiyalar açılaraq elminin və biliyinin inkişaf etdirmələri üçün dəstək göstərilməlidir. Həmin məktəblilər təhsil müəsisəsini bitirdikdən sonra onlara yeni kəşflər, layihələr hazırlanması üçün müəyyən şərait yaradılmalıdır.

Düzdür hazırda Elm və Təhsil Nazirliyinin fənn olimpiadaları istiqamətində hazırlıq xidməti göstərilir. Eləcə də, müəyyən mükafat verilir. Olimpiada yekunlaşdıqdan sonrakı mərhələ, yəni medalı aldıqdan sonrakı mərhələ bir az passiv hərəkət edir. Buna görə də bizim medal qazanan gənclərimiz müəyyən təqaüdlərə müraciət edərək xarici ölkələrə üz tuturlar. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə müvafiq addımlar atmalıdır. Mütləqdir ki, bu addım yeni kəşflər və inkişaf istiqamətində müəyyən nailiyyətlər əldə etməmizə köməklik göstərəcək.

İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis,
Təhsil üzrə ekspert :    Ramin Nurəliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Yanvar 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri