Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım proqnozunu açıqlayıb | Icma.az
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Beynəlxalq Valyuta Fondu (IMF) qlobal iqtisadi artım proqnozunu yüksəldib.
AZƏRTAC IMF-in yaydığı hesabata istinadla xəbər verir ki, 2025-ci ildə qlobal iqtisadiyyatın 3,3 faiz artım göstərdiyinin proqnozlaşdırıldığı bildirilib.
Hesabata görə, 2026-cı ildə qlobal iqtisadi artımın 3,3 faiz, 2027-ci ildə isə 3,2 faiz təşkil etməklə dayanıqlı trayektoriyanı qoruyub saxlayacağı gözlənilir.
Oktyabr ayında dərc edilmiş hesabatla müqayisədə cari il üzrə qlobal iqtisadi artım proqnozu 0,2 faiz bəndi yuxarı istiqamətli dəyişdirilib, 2027-ci il üçün isə artım gözləntisi dəyişməz qalıb.
IMF ticarət siyasətindən qaynaqlanan mənfi təsirlərin texnologiyaya, xüsusən də süni intellektə artan investisiya, fiskal və pul dəstəyi, ümumiyyətlə dəstəkləyici maliyyə şərtləri və özəl sektorun uyğunlaşma qabiliyyəti ilə tarazlaşdırıldığını açıqlayıb.
Hesabatda bildirilir ki, qlobal iqtisadiyyatın sabitliyi müxtəlif amillər arasında formalaşan balansla bağlıdır.
Dəyişkən ticarət siyasətlərinin yaratdığı mənfi təsirlər süni intellekt və digər texnologiyalara artan investisiyalar, maliyyə və pul dəstəyi, eləcə də özəl sektorun uyğunlaşma qabiliyyəti hesabına kompensasiya olunur.
Tam oxu
Xəbəri oxu