Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım proqnozunu açıqlayıb
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Beynəlxalq Valyuta Fondu (IMF) qlobal iqtisadi artım proqnozunu yüksəldib.
AZƏRTAC IMF-in yaydığı hesabata istinadla xəbər verir ki, 2025-ci ildə qlobal iqtisadiyyatın 3,3 faiz artım göstərdiyinin proqnozlaşdırıldığı bildirilib.
Hesabata görə, 2026-cı ildə qlobal iqtisadi artımın 3,3 faiz, 2027-ci ildə isə 3,2 faiz təşkil etməklə dayanıqlı trayektoriyanı qoruyub saxlayacağı gözlənilir. Oktyabr ayında dərc edilmiş hesabatla müqayisədə cari il üzrə qlobal iqtisadi artım proqnozu 0,2 faiz bəndi yuxarı istiqamətli dəyişdirilib, 2027-ci il üçün isə artım gözləntisi dəyişməz qalıb.
IMF ticarət siyasətindən qaynaqlanan mənfi təsirlərin texnologiyaya, xüsusən də süni intellektə artan investisiya, fiskal və pul dəstəyi, ümumiyyətlə dəstəkləyici maliyyə şərtləri və özəl sektorun uyğunlaşma qabiliyyəti ilə tarazlaşdırıldığını açıqlayıb. Hesabatda bildirilir ki, qlobal iqtisadiyyatın sabitliyi müxtəlif amillər arasında formalaşan balansla bağlıdır. Dəyişkən ticarət siyasətlərinin yaratdığı mənfi təsirlər süni intellekt və digər texnologiyalara artan investisiyalar, maliyyə və pul dəstəyi, eləcə də özəl sektorun uyğunlaşma qabiliyyəti hesabına kompensasiya olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 19 Yanvar 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















