Beynin kütləşibsə... Nələr etməlisən? | Icma.az
Medicina saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Beyin xəstəlikləri insult da daxil olmaqla ciddi nəticələrə səbəb ola bilər.
Beynimizin artıq əvvəlki kimi aydın, dəqiq və yaxşı işləmədiyini hiss edirsizsə, artıq tədbirlər görün.“Medicina” xəbər verir ki, Kuzbass Xalq Sağlamlığı Mərkəzinin həkimi Vera Evstafiev bu orqan üçün dağıdıcı olan səbəbləri açıqlayıb.
“Beyin üçün ən zərərli vərdişlər təbii ki, alkoqol, narkotik və nikotin tərkibli məhsulların istifadəsidir.
Zərərli asılılıqlar qan damarlarını zədələyir, neyronları məhv edir və beynin bütün funksiyalarını boğur.Uzunmüddətli oturma mövqeyi damarlar vasitəsilə qan axınının pozulmasına və venoz pozulmaya gətirib çıxarır.
Bu, idrak funksiyalarını azaldan hipoksiya şəraitini yaradır, yəni beyin sinirləri, damarları oksigensiz qala bilir.Beynin sağlamlığı onun qan təchizatından və neyronların bərpasından asılıdır.
Buna nail olmaq üçün sadə qaydalara əməl etməlisiniz:Qan təzyiqinə nəzarət edin.
Təzyiq, xüsusilə aşağı (diastolik) qan təzyiqinin artmasına imkan verməmək son dərəcə vacibdir.
Tam oxu
Xəbəri oxu