Bəzi çimərliklərə giriş bağlandı NAZİRLİKDƏN AÇIQLAMA

22.06.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu barədə Ölkə.az-a nazirlikdən məlumat verilib. 

Bildirilib ki, dəniz suyunun keyfiyyətinə nəzarət tədbirləri ilin əvvəlindən aylıq əsasda həyata keçirilib. May ayından etibarən isə monitorinqlərin intensivliyi artırılıb və həftəlik qaydada davam etdirilir. Götürülən dəniz suyu nümunələri Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında fiziki-kimyəvi və mikrobioloji göstəricilər üzrə müayinə olunur.

İstirahət mövsümü ərzində dəniz suyu nümunələri xüsusi təhlükəli yoluxucu xəstəliklərə nəzarət məqsədilə əlavə olaraq Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyalarında da tədqiq edilir:

"Aparılan laborator müayinələrin nəticələrinə əsasən bəzi ərazilərdə götürülən dəniz suyu nümunələrində kimyəvi və mikrobioloji göstəricilərin qüvvədə olan sanitariya norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilib. Bu səbəbdən bəzi çimərliklərdə dəniz suyundan istifadə müvəqqəti məhdudlaşdırılıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью