Bəzi çimərliklərə giriş bağlandı NAZİRLİKDƏN AÇIQLAMA
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu barədə Ölkə.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, dəniz suyunun keyfiyyətinə nəzarət tədbirləri ilin əvvəlindən aylıq əsasda həyata keçirilib. May ayından etibarən isə monitorinqlərin intensivliyi artırılıb və həftəlik qaydada davam etdirilir. Götürülən dəniz suyu nümunələri Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında fiziki-kimyəvi və mikrobioloji göstəricilər üzrə müayinə olunur.
İstirahət mövsümü ərzində dəniz suyu nümunələri xüsusi təhlükəli yoluxucu xəstəliklərə nəzarət məqsədilə əlavə olaraq Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyalarında da tədqiq edilir:
"Aparılan laborator müayinələrin nəticələrinə əsasən bəzi ərazilərdə götürülən dəniz suyu nümunələrində kimyəvi və mikrobioloji göstəricilərin qüvvədə olan sanitariya norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilib. Bu səbəbdən bəzi çimərliklərdə dəniz suyundan istifadə müvəqqəti məhdudlaşdırılıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 22 İyun 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















