Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Bunun qarşısını almaq üçün maksimum dərəcədə diqqətli və məlumatlı olmaq lazımdır"Azərbaycanda dezinformasiya və saxta xəbərlərin yaratdığı təhlükələr, onların milli təhlükəsizlik və ictimai şüura təsiri geniş ictimai müzakirə mövzusuna çevrilib.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirə keçirilib.Müzakirədə dövlət qurumlarının nümayəndələri, media ekspertləri, QHT rəhbərləri və ictimai xadimlər bir araya gələrək informasiya müharibəsinin müasir çağırışlarını, hibrid təhdidlərin mahiyyətini və onlara qarşı mübarizə mexanizmlərini müzakirə ediblər.
Tədbirdə dezinformasiyanın yayılma üsulları, media savadlılığının artırılmasının əhəmiyyəti, süni intellekt texnologiyalarının yaratdığı risklər və vətəndaş cəmiyyətinin bu prosesdə rolu xüsusi diqqət mərkəzində olub.Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli tədbirdə səsləndirilən fikirləri “Sherg.az”a şərh edib.
O Azərbaycana qarşı dezinformasiya və “fake news” kampaniyaları aparan qüvvələrin sayının artdığını bildirib.
Təəssüflə qeyd edib ki, xüsusən də xarici mediada bu cür çağırışların və məlumatların daha çox şahidi oluruq: “Xüsusilə İran, Ermənistan və Rusiya mediasında Azərbaycana qarşı davamlı olaraq dezinformasiya xarakterli xəbərlər yayılır.
Eyni zamanda, Qərb mətbuatında da oxşar hallara rast gəlinir.
Azərbaycan tərəfi bu cür saxta xəbərlərlə bağlı dəfələrlə sərt mövqeyini ortaya qoyub.