Icma.az
close
up
RU
Bəzi hallarda dezinformasiyalar məqsədli şəkildə yayılır Hacıbəy Heydərli

Bəzi hallarda dezinformasiyalar məqsədli şəkildə yayılır Hacıbəy Heydərli

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bunun qarşısını almaq üçün maksimum dərəcədə diqqətli və məlumatlı olmaq lazımdır"

Azərbaycanda dezinformasiya və saxta xəbərlərin yaratdığı təhlükələr, onların milli təhlükəsizlik və ictimai şüura təsiri geniş ictimai müzakirə mövzusuna çevrilib. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirə keçirilib.

Müzakirədə dövlət qurumlarının nümayəndələri, media ekspertləri, QHT rəhbərləri və ictimai xadimlər bir araya gələrək informasiya müharibəsinin müasir çağırışlarını, hibrid təhdidlərin mahiyyətini və onlara qarşı mübarizə mexanizmlərini müzakirə ediblər. Tədbirdə dezinformasiyanın yayılma üsulları, media savadlılığının artırılmasının əhəmiyyəti, süni intellekt texnologiyalarının yaratdığı risklər və vətəndaş cəmiyyətinin bu prosesdə rolu xüsusi diqqət mərkəzində olub.

Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli tədbirdə səsləndirilən fikirləri “Sherg.az”a şərh edib. O Azərbaycana qarşı dezinformasiya və “fake news” kampaniyaları aparan qüvvələrin sayının artdığını bildirib. Təəssüflə qeyd edib ki, xüsusən də xarici mediada bu cür çağırışların və məlumatların daha çox şahidi oluruq:

“Xüsusilə İran, Ermənistan və Rusiya mediasında Azərbaycana qarşı davamlı olaraq dezinformasiya xarakterli xəbərlər yayılır. Eyni zamanda, Qərb mətbuatında da oxşar hallara rast gəlinir. Azərbaycan tərəfi bu cür saxta xəbərlərlə bağlı dəfələrlə sərt mövqeyini ortaya qoyub. Lakin hazırkı dövrdə dezinformasiya qlobal problemə çevrildiyi üçün onun qarşısını tam şəkildə almaq mümkün deyil”.

H. Heydərli xatırladıb ki, 30 il ərzində Ermənistan və onun havadarları ölkəmizə qarşı informasiya müharibəsi apararaq Azərbaycanla bağlı saxta məlumatlar yayıblar: “Bu prosesin bu gün də davam etməsi onu göstərir ki, Azərbaycan media nümayəndələri daha həssas olmalı, beynəlxalq əlaqələrini daha da gücləndirməlidirlər. Məqsəd ondan ibarətdir ki, ölkəmizə qarşı bu cür kampaniyalar aparıldıqda, həmin ölkələrin mətbuat orqanlarında bu məlumatlara operativ və əsaslandırılmış cavablar verilsin”.

Mətbuat Şurasının üzvü qeyd edib ki, Azərbaycanın yerli mediasında dezinformasiyalara qarşı mübarizə aparılır. Onun sözlərinə görə, media savadlılığı istiqamətində keçirilən təlimlərin artıq müsbət nəticələri müşahidə olunur:

“Lakin bəzi hallarda dezinformasiyalar məqsədli şəkildə yayılır. Bunun qarşısını almaq üçün maksimum dərəcədə diqqətli və məlumatlı olmaq lazımdır. Eyni zamanda, süni intellektin imkanlarından müsbət və səmərəli şəkildə istifadə edilməlidir”.

Ekspertin sözlərinə görə, dezinformasiyalara qarşı mübarizədə media ilə yanaşı QHT sektoru da aktiv rol oynamalıdır:

“Azərbaycanla bağlı həqiqətlərin dünya mediasında yayılmasında QHT-lər mediaya dəstək verməlidirlər. Bu cür koordinasiyalı əməkdaşlıq sayəsində dezinformasiyaların azalmasına nail olmaq mümkündür”.

H. Heydərli xatırladıb ki, Azərbaycan D-8 ölkələrinin Media Forumunun Bakıda keçirilməsinin təşəbbüskarı olub. Azərbaycan tərəfdaş olduğu bütün ölkələrlə media sahəsində çox yaxşı əlaqələrə malikdir. O həmçinin bildirib ki, mövcud riskləri azaltmaq məqsədilə Azərbaycanda MEDİA tərəfindən mütəmadi olaraq Media Savadlılığı Həftəsi keçirilir:

“Azərbaycana qarşı yayılan “deepfake” və “fake news” xarakterli məlumatlarla bağlı ictimaiyyət məlumatlandırılır, insanlar bu cür dezinformasiyalara aldanmamağa çağırılır. Mətbuat Şurası da bu istiqamətdə müvafiq addımlar atır, müxtəlif tədbirlər həyata keçirir. MŞ –ın tərkibində Sosial Media ilə Əlaqələr Komissiyası fəaliyyət göstərir və sosial şəbəkələrdə yayılan yalan və saxta xəbərlərin qarşısının alınması, eləcə də insanların bu xəbərlərə inanmaması üçün çağırışlar edilir. Sosial şəbəkələrdə aktiv olan jurnalistlər və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirilir və onlar məlumatlandırılır. Bu cür görüşlərin sayı gələcəkdə daha da artırılmalıdır”.

H. Heydərli əlavə edib ki, qardaş Türkiyədə və bir sıra Avropa ölkələrində dezinformasiyaya qarşı mübarizə aparan xüsusi mərkəzlər fəaliyyət göstərir. Onun fikrincə, Azərbaycanda da belə bir qurumun yaradılması məqsədəuyğun olardı: “Eyni zamanda düşünürəm ki, dezinformasiya ilə mübarizə işinə praktik jurnalistika ilə məşğul olan peşəkarlar və bu işin nəzəriyyəsinə bələd olan mütəxəssislər cəlb edilməlidir. Çünki dezinformasiyanın effektiv şəkildə qarşısının alınması həm real media təcrübəsini, həm də elmi-nəzəri yanaşmanı tələb edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Yanvar 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri