Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İordaniyada, Ölü dənizin sahilində aparılan qazıntılar nəticəsində Bibliyada "günah şəhərləri” kimi tanınan yaşayış məntəqələrinin gerçəkdən mövcud olduğu və onların müəyyən yerlərdə yerləşdiyi sübut olunub.
Qaynarinfo xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, tapıntılar arasında Sodomun Bəb-əd-Dra, Qomorranın isə Numer şəhərlərində yerləşdiyi müəyyən edilib.
Hər iki yaşayış məntəqəsi Erkən Tunc dövründə məskunlaşıb, lakin sonradan yanğın nəticəsində məhv olaraq tamamilə tərk edilib.
Adma və Tsevoim şəhərlərinin Fifa və Xanazir bölgələri ilə əlaqəli olduğu da müəyyənləşdirilib, lakin onların dəqiq identifikasiyası üçün əlavə qazıntılar tələb olunur.
Buna qarşılıq, müasir Səfi şəhərinə yaxın yerləşən Siqor (Zoar) Tunc dövründən Bizans dövrünə qədər fasiləsiz məskunlaşma ilə seçilir.
Burada aparılan qazıntılar zamanı kilsələr, qəbir daşları, insan qalıqları və qədim bir peyğəmbərin dua etdiyi, şəhərin xilas olunmasını istədiyi mağara aşkar edilib.
Arxeoloq Taytus Kennedinin sözlərinə görə, Siqorda aşkar edilən tapıntılar Bibliya rəvayətlərinə reallıq qazandırır və bəzi şəhərlərin məhvi ilə bağlı hadisələri tarixi kontekstdə izah etməyə kömək edir.