Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Bibliyadakı Sodom və Qomorra şəhərləri hardadır? Arxeoloqlardan yeni iddia

Bibliyadakı Sodom və Qomorra şəhərləri hardadır? Arxeoloqlardan yeni iddia

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İordaniyada, Ölü dənizin sahilində aparılan qazıntılar nəticəsində Bibliyada "günah şəhərləri” kimi tanınan yaşayış məntəqələrinin gerçəkdən mövcud olduğu və onların müəyyən yerlərdə yerləşdiyi sübut olunub.

Qaynarinfo xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, tapıntılar arasında Sodomun Bəb-əd-Dra, Qomorranın isə Numer şəhərlərində yerləşdiyi müəyyən edilib. Hər iki yaşayış məntəqəsi Erkən Tunc dövründə məskunlaşıb, lakin sonradan yanğın nəticəsində məhv olaraq tamamilə tərk edilib.

Adma və Tsevoim şəhərlərinin Fifa və Xanazir bölgələri ilə əlaqəli olduğu da müəyyənləşdirilib, lakin onların dəqiq identifikasiyası üçün əlavə qazıntılar tələb olunur.

Buna qarşılıq, müasir Səfi şəhərinə yaxın yerləşən Siqor (Zoar) Tunc dövründən Bizans dövrünə qədər fasiləsiz məskunlaşma ilə seçilir. Burada aparılan qazıntılar zamanı kilsələr, qəbir daşları, insan qalıqları və qədim bir peyğəmbərin dua etdiyi, şəhərin xilas olunmasını istədiyi mağara aşkar edilib.

Arxeoloq Taytus Kennedinin sözlərinə görə, Siqorda aşkar edilən tapıntılar Bibliya rəvayətlərinə reallıq qazandırır və bəzi şəhərlərin məhvi ilə bağlı hadisələri tarixi kontekstdə izah etməyə kömək edir.

Beş şəhərin hamısı qədim çay yataqları boyunca, şimaldan cənuba uzanan təpə silsiləsi üzərində yerləşir ki, bu da Bibliya təsvirlərinə tam uyğun gəlir.

"Eyni coğrafi ərazidə bir-birinə bənzər beş şəhərin eyni hadisələri yaşaması onları Bibliyada qeyd olunan düzənlik şəhərləri ilə eyniləşdirmək üçün çox inandırıcı əsas yaradır”, deyə Kennedi bildirib.

Qədim Əhdi-Cədiddə (Əhdi-Ətiqdə) bu şəhərlərin zalımlıq, korrupsiya və mənəvi tənəzzül kimi günahlara görə Tanrının oddan ibarət cəzası ilə məhv edildiyi qeyd olunur. Sodom və Qomorra "günahlarının ağırlığı və sədalarının çoxluğu” səbəbilə Tanrı tərəfindən həlak edilmişdi. Peyğəmbər Lot və ailəsi isə salehliklərinə görə xilas olmuş, Siqor şəhəri onlara sığınacaq vermişdi.

Bəb-əd-Dra şəhərindəki qəbiristanlıqlarda tapılan yanmış məzarlar, "Göydən od yağması”na dair Bibliya təsvirini təsdiqləyir. Kennedinin dediyinə görə, qazıntılar zamanı məzarların yuxarı hissədən yandığı aşkarlanıb ki, bu da yuxarıdan gələn yanğının nəticəsini göstərir.

Qomorra ilə eyniləşdirilən Numer şəhərində isə insan qalıqları dağılmış bir qüllənin altında tapılıb, bu da qəfil fəlakətin baş verdiyini göstərir.

Hər iki şəhər coğrafi baxımdan Siqorla üst-üstə düşür və təpə silsiləsi boyunca, şimaldan cənuba uzanan qədim düzənlik yaxınlığında yerləşir ki, bu da Bibliya hekayəsinə uyğundur.

Radiokarbon tədqiqatları bəzi dağıntıların daha erkən tarixdə baş verdiyini göstərsə də, keramika və digər arxeoloji materiallar Bibliya xronologiyasına uyğun gəlir. Bu da Bəb-əd-Dra və Numer şəhərlərinin çox güman ki, Sodom və Qomorra olduğunu təsdiqləyir.

Fifa və Xanazir bölgələrində aparılan qazıntılar da oxşar yanğın və dağıntı izlərini ortaya çıxarıb ki, bu da Bibliyada Adma və Tsevoim şəhərlərinin məhvi barədə məlumatlarla üst-üstə düşür.

Kennedi bildirib: "Bu ərazilər daha dərindən və rəsmi şəkildə qazılmalıdır ki, daha dəqiq nəticələr əldə olunsun".

Sodom və Qomorra kimi bu şəhərlər də dağıntılardan sonra tərk edilib və bu, Bibliyada təsvir olunan ilahi cəza konsepsiyasına tam uyğun gəlir.

Müasir Səfi yaxınlığında yerləşən Zoar isə yeganə xilas olan şəhər kimi tanınır və Bibliyada Lotun sığındığı yer kimi qeyd edilir. Son 30 ildə aparılan qazıntılar burada iki böyük Bizans kilsəsini, Roma dövrünə aid qaleni, nabatey yaşayış məntəqəsini və tunc dövrünə aid keramika nümunələrini üzə çıxarıb.

Kennedinin sözlərinə görə, əsas tapıntı Lot mağarasının aşkarlanması olub. Mağarada erkən və orta tunc dövrünə aid keramika, eləcə də Lotla əlaqələndirilən yazıları olan Bizans dövrü kilsə qalıqları tapılıb.

Tarixi mənbələr – o cümlədən VI əsrə aid Madaba xəritəsi və I əsr tarixçisi İosif Flaviyin qeydləri – Siqorun yerləşdiyi yeri təsdiqləyir. 369-cu ilə aid Opsis adlı yepiskopun məzar daşı və xristian ziyarətçilərin (məsələn, Egeriyanın) qeydləri də Siqorun tarixi əhəmiyyətini bir daha sübut edir.

Kennedi yekun olaraq qeyd edib: "Bu səbəbdən Zoar çox vacibdir. Çünki biz onun yerini bu gün də dəqiq bilirik. Tarix boyu heç vaxt itirilməyib".

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see192

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see185

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see176

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see175

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see163

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see151

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see140

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri