Icma.az, Reyting.az portalına istinadən məlumat verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində Bilal Ərdoğan bu gün 20 Yanvar faciəsi qurbanlarını anmaq üçün Gəncə Şəhidlər xiyabanında keçirilən tədbirdə iştirak edib
Reyting.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Gəncə “İmamzadə” ziyarətgahının imamı, Milli Azadlıq Hərək
Hacı Tahir Abbasov çıxışında Azərbaycan-Türkiyə qardaşlığından bəhs edib, türk xalqları, dövlət başçıları və şəhidlər üçün üçün dualar oxuyu
Daha sonra Hacı Tahir Abbasov Bilal Ərdoğanı Gəncə “İmamzadə” ziyarətgah kompleksinə dəvət edib.
Bilal Ərdoğan Hacı Tahir Abbasov tərəfindən şəhidlərin ruhuna təşkil olunmuş ehsan məclisində iştirak edib.
Tədbirdə çıxış edən din xadimi Hacı Tahir Abbasov 1918-1920-ci illərdə bolşevik-daşnak qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər zamanı Gəncəyə köməyə gəlmiş Türk Azadlıq Ordusunun tarixi rolunu xatırladıb, Türkiyənin Vətən müharibəsində və ondan əvvəlki dövrlərdə Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirib.
Hacı Tahir Abbasov qeyd edib ki, 1918-1920-ci illərdə Gəncəyə köməyə gəlmiş Türk Ordusu yerli əhali ilə yanaşı çoxsaylı şəhidlər verib: “Həmin dövrdə Gəncənin fədakar insanları Türk-İslam Ordusunun şəhid olmuş əsgərlərinin cənazələrini öz ailələri üçün nəzərdə tutulmuş sərdabələrdə yerləşdiriblər.