Icma.az
close
up
RU
Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Azərbaycanda səfərdədir. Səfər çərçivəsində Bilal Ərdoğan bu gün 20 Yanvar faciəsi qurbanlarını anmaq üçün Gəncə Şəhidlər xiyabanında keçirilən tədbirdə iştirak edib.

Reyting.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Gəncə “İmamzadə” ziyarətgahının imamı, Milli Azadlıq Hərəkatının öncüllərindən olan Hacı Tahir Abbasov Şəhidlər xiyabanında Bilal Ərdoğanı salamlayaraq ona Qurani-Kərim hədiyyə edib.

Hacı Tahir Abbasov çıxışında Azərbaycan-Türkiyə qardaşlığından bəhs edib, türk xalqları, dövlət başçıları və şəhidlər üçün üçün dualar oxuyub.

Daha sonra Hacı Tahir Abbasov Bilal Ərdoğanı Gəncə “İmamzadə” ziyarətgah kompleksinə dəvət edib. Bilal Ərdoğan Hacı Tahir Abbasov tərəfindən şəhidlərin ruhuna təşkil olunmuş ehsan məclisində iştirak edib.

Tədbirdə çıxış edən din xadimi Hacı Tahir Abbasov 1918-1920-ci illərdə bolşevik-daşnak qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər zamanı Gəncəyə köməyə gəlmiş Türk Azadlıq Ordusunun tarixi rolunu xatırladıb, Türkiyənin Vətən müharibəsində və ondan əvvəlki dövrlərdə Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirib.

Hacı Tahir Abbasov qeyd edib ki, 1918-1920-ci illərdə Gəncəyə köməyə gəlmiş Türk Ordusu yerli əhali ilə yanaşı çoxsaylı şəhidlər verib:

“Həmin dövrdə Gəncənin fədakar insanları Türk-İslam Ordusunun şəhid olmuş əsgərlərinin cənazələrini öz ailələri üçün nəzərdə tutulmuş sərdabələrdə yerləşdiriblər. Halbuki sərdabələrdə adətən yalnız məhrəm insanlar - qardaş-bacı, ailənin digər üzvləri dəfn olunur və yad şəxslərin cənazələri yerləşdirilmir. Lakin fədakar babalarımız bu şəhidlərin cənazələrini özlərinə məxsus sərdabələrdə saxlayaraq onların sonradan Türkiyəyə göndərilməsi və ya Gəncədə dəfn olunmasına şərait yaradıblar.

Həmin dövrdə yaralanmış Türk-İslam Ordusunun əsgərləri gəncəlilərin evlərində müalicə olunub, yerli sakinlər onların sağlamlıqlarının bərpası üçün əllərindən gələni ediblər”.

Hacı Tahir Abbasov həm 1918-1920-ci illərdəki müharibə dövründə, həm Qarabağ savaşlarında, Vətən müharibəsində, eləcə də beynəlxalq diplomatik platformalarda Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi yüksək dəyərləndirib. O, həm öz adından, həm də şəhid ailələri və inanclı insanlar adından Bilal Ərdoğan vasitəsilə qardaş Türkiyə xalqına və dövlət rəhbərliyinə təşəkkür edib.

Türkiyə ilə Azərbaycanın “bir millət, iki dövlət” olduğunu vurğulayan din xadimi bu qardaşlıq münasibətlərində Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın rolunu xüsusi qeyd edib, onlara dualar edib.

Məclisdən sonra Bilal Ərdoğan Gəncə “İmamzadə” ziyarətgahını ziyarət edib. Hacı Tahir Abbasov ona ziyarətgah haqqında ətraflı məlumat verərək bildirib ki, “İmamzadə” qədim və müqəddəs bir məkandır, peyğəmbər nəslinə mənsubdur:

“Bu ziyarətgahda uyuyan Şahzadə İbrahim də şəhid olmuş bir şəxsiyyətdir. Bilal bəy onun məzarını və Gəncə Şəhidlər xiyabanını ziyarət etməklə həm İslam yolu uğrunda, həm də Azərbaycan naminə canlarını fəda etmiş şəhidlərimizə böyük ehtiram göstərmiş oldu”.

Din xadiminin sözlərinə görə, “İmamzadə” ziyarətgahı tək Azərbaycan üçün yox, bütün İslam dünyası üçün müqəddəsdir:

“Təxminən 1400 ilə yaxındır ki, bu müqəddəs şəxsiyyət burada uyuyur. Azərbaycan xalqı qonağının məzarını böyük ehtiramla qoruyub saxlayır. Bu, xalqımızın qonaqpərvərliyinin bariz nümunəsidir. Allah bu məkanı ziyarət edənlərdən razı olsun”.

Hacı Tahir xatırladıb ki, Azərbaycanda keçirilən prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyevin ilk ziyarəti “İmamzadə”yə olub, totalitar Sovet rejiminin soyuq münasibəti nəticəsində uzun illər təmirsiz qalmış ziyarətgah kompleksi Prezidentin göstərişilə əsaslı təmir olunub.

Sonda Bilal Ərdoğan “İmamzadə” ziyarətgahında namaz qılıb, orada uyuyan müqəddəs insanların və bütün şəhidlərin ruhuna dualar edib.

V. QULİYEV


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:657
embedMənbə:https://reyting.az
archiveBu xəbər 20 Yanvar 2026 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri