Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mayın 6-dan 7-nə keçən gecə Hindistan Hərbi Hava Qüvvələri ən azı üç döyüş təyyarəsini — "Rafale”, MiQ-29 və Su-30 — itirib.
Hindistan hökuməti insidentin təfərrüatlarını araşdırmağı media və ekspertlərə qadağan etsə də, bir qrup mütəxəssis baş verənlərlə bağlı məlumatları açıqlamağa hazır olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, Almaniyanın BILD nəşrinin hərbi icmalçısı Yulian Röpkenin yazdığına görə, onun əlinə hindistanlı ekspertlər qrupu tərəfindən hazırlanmış analitik hesabat keçib.
Hesabatda Hindistan təyyarələrinin məhv edilməsində əsas rolun Çinə məxsus olduğu bildirilir.
Çin Pakistan Hərbi Hava Qüvvələrinə yüksək texnoloji radioelektron mübarizə sistemləri təqdim edib və əməliyyatı real vaxt rejimində müşayiət edib.
Müəlliflərin qiymətləndirməsinə görə, Pekin bu münaqişədən şəbəkə-mərkəzli müharibə konsepsiyasını sahədə sınaqdan keçirmək üçün istifadə edib.
Bu modeldə bütün döyüş vahidləri fasiləsiz informasiya mübadiləsi aparır.