Icma.az
close
up
RU
BILD: Çin Pakistanın Hindistan təyyarələrini vurmasına yardım edib

BILD: Çin Pakistanın Hindistan təyyarələrini vurmasına yardım edib

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mayın 6-dan 7-nə keçən gecə Hindistan Hərbi Hava Qüvvələri ən azı üç döyüş təyyarəsini — "Rafale”, MiQ-29 və Su-30 — itirib. Hindistan hökuməti insidentin təfərrüatlarını araşdırmağı media və ekspertlərə qadağan etsə də, bir qrup mütəxəssis baş verənlərlə bağlı məlumatları açıqlamağa hazır olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, Almaniyanın BILD nəşrinin hərbi icmalçısı Yulian Röpkenin yazdığına görə, onun əlinə hindistanlı ekspertlər qrupu tərəfindən hazırlanmış analitik hesabat keçib. Hesabatda Hindistan təyyarələrinin məhv edilməsində əsas rolun Çinə məxsus olduğu bildirilir. Çin Pakistan Hərbi Hava Qüvvələrinə yüksək texnoloji radioelektron mübarizə sistemləri təqdim edib və əməliyyatı real vaxt rejimində müşayiət edib.

Müəlliflərin qiymətləndirməsinə görə, Pekin bu münaqişədən şəbəkə-mərkəzli müharibə konsepsiyasını sahədə sınaqdan keçirmək üçün istifadə edib. Bu modeldə bütün döyüş vahidləri fasiləsiz informasiya mübadiləsi aparır. Çin tərəfindən koordinasiya edilən bu sistem Pakistan Hərbi Hava Qüvvələrinə taktiki üstünlük qazandırıb və onların daha əlaqəli və effektiv fəaliyyətinə imkan yaradıb.

Sözügedən sistemə aşağıdakılar daxil olub:

* AESA radarları ilə təchiz edilmiş J-10 qırıcıları;

* 300 km-ə qədər məsafəyə malik PL-15 hava-hava raketləri;

* BeiDou peyk naviqasiya sistemi;

* Radioelektron mübarizə vasitələrinin idarəsində istifadə edilən süni intellekt;

* Uzaqmənzilli radiolokasiya aşkarlama təyyarələri.

Hesabatda bildirilir ki, döyüş zamanı Hindistan pilotları ilə komandanlıq arasında əlaqə Çin istehsalı olan radioelektron basqılama sistemləri səbəbindən tamamilə pozulub. Bu isə Hindistan tərəfinin operativ cavab verməsini qeyri-mümkün edib.

Hesabat müəllifləri Hindistan hökumətinin — xüsusilə Baş nazir Narendra Modinin — bu insidentin miqyasını gizlətmək cəhdlərini sərt tənqid edirlər. Onların fikrincə, Çinin müdaxiləsini etiraf etməmək və koordinasiyalı dövlət cavabının olmaması Pakistan və Çinin texnoloji üstünlüyünü daha da artırıb.

Xatırladaq ki, Hindistanla Pakistan arasında uzun illərdir Kəşmir bölgəsi səbəbindən gərginlik mövcuddur. Son eskalasiya Hindistanın Pakistan ərazisindəki "terror infrastrukturu"na zərbə endirməsi ilə başlayıb. Nəticədə tərəflər arasında hava döyüşü baş verib və Pakistanın məlumatına görə, Hindistana məxsus beş qırıcı təyyarə vurulub.

Qərb KİV-lərinin yazdığına görə, bu döyüş müasir aviasiya tarixində ən iri və uzunmüddətli hava döyüşlərindən biri olub. Pakistan mənbələri bildirir ki, döyüşdə ümumilikdə 125 təyyarə iştirak edib və döyüş bir saatdan çox davam edib. Maraqlıdır ki, tərəflərin təyyarələri öz hava məkanlarını tərk etməyib — döyüş tamamilə sərhəd boyunca aparılıb.


Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 May 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri