Binəqədi rayonunda baş vermiş yanğın zamanı təbiətə 11 min 700 manat ziyan dəyib

21.04.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 20-də Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən “Tayqa” marketin anbarında baş verən yanğın zamanı 5 ağacın yanaraq məhv olması nəticəsində təbiətə 11 min 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bunu AZƏRTAC-a açıqlamasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirib. O qeyd edib ki, faktla bağlı akt tərtib olunub. Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilməsi üçün hazırlanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью