Binəqədi rayonunda baş vermiş yanğın zamanı təbiətə 11 min 700 manat ziyan dəyib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 20-də Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən “Tayqa” marketin anbarında baş verən yanğın zamanı 5 ağacın yanaraq məhv olması nəticəsində təbiətə 11 min 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Bunu AZƏRTAC-a açıqlamasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirib. O qeyd edib ki, faktla bağlı akt tərtib olunub. Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilməsi üçün hazırlanır.
Bu mövzuda digər xəbərlər:Binəqədi rayonunda yanğın başladı
07 Sentyabr 2026 18:04
Binəqədi rayonunda yanğın başladı VİDEO
30 May 2025 22:28
Binəqədi rayonunda binada yanğın BAŞLADI
15 Yanvar 2026 15:25
Binəqədi rayonunda anbarda yanğın başlayıb
29 Mart 2026 12:32
Binəqədi rayonunda yaşayış binasında yanğın baş verib...
22 Noyabr 2025 21:28
Baxış sayı:157
Bu xəbər 21 Aprel 2025 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















