Binəqədidə elektrik enerjisinin verilməsində fasilə yaranacaq

11.08.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azərişıq” ACS məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 11 avqust tarixində 35/6 kV-luq 91 saylı yarımstansiyadan qidalanan bir sıra 6 kV-luq hava xətlərində təmir işləri aparılacaq:
“Bununla əlaqədar olaraq saat 15:30-dan 16:30-dək Mehdiabad qəsəbəsi və Binəqədi kəndinin yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью