Binəqədidə elektrik enerjisinin verilməsində fasilə yaranacaq
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərişıq” ACS məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 11 avqust tarixində 35/6 kV-luq 91 saylı yarımstansiyadan qidalanan bir sıra 6 kV-luq hava xətlərində təmir işləri aparılacaq:
“Bununla əlaqədar olaraq saat 15:30-dan 16:30-dək Mehdiabad qəsəbəsi və Binəqədi kəndinin yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”.
Bu mövzuda digər xəbərlər:Xəzər rayonuna elektrik enerjisinin verilməsində fasilə yaranacaq
13 Fevral 2026 15:30
Culfa rayonunun 9 kəndində elektrik enerjisinin verilməsində fasilə yaranacaq
11 Mart 2026 00:56
Elektrik enerjisinin verilişində fasilə yaranacaq
30 Yanvar 2025 10:48
Sabunçuda elektrik enerjisinin verilişində fasilə yaranacaq
14 May 2025 10:22
Şüvəlanda elektrik enerjisinin verilişində fasilə yaranacaq
21 May 2025 06:11
Baxış sayı:89
Bu xəbər 11 Avqust 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















