Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır. Gununsesi.info olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun və da
Bu barədə yazılardan sonra məlum oldu ki, Ramiz Mehdiyevin əmlakları təkcə Bakıda deyilmiş.
Əhalinin sıx məskunlaşdığı Göyçayda 40 hektarlıq, hündür hasarla əhatələnmiş bir bağ var.
Rayonun Hüngütlü kəndi ərazisindəki bu bağ keçmiş nəqliyyat naziri Ziya Məmmədovun tapşırığı ilə bir vaxtlar Göyçay rayon icra hakimiyyəti başçısı Mənsur Məmmədov tərəfindən inşa olunub.
Araşdırmamız zamanı öyrəndik ki, bu evin inşa olunduğu və əhatələndiyi torpaq camaatın əlindən alınaraq Ramiz Mehdiyevə hədiyyə edilib.
Sakinlər deyir ki, Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun bilavasitə başçılığı ilə zorakı üsullarla, hədə-qorxu gəlinməklə əhalidən dəyər-dəyməzinə müsadirə olunub.
Camaatın pay torpaqları birləşdirilərək əzəmətli imarətin tikilməsində sözün əsl mənasında yerli sakinlərin qanı sovurulub.
2012-2014-ci illərdə Mənsur Məmmədov bu bağın salınması, ətrafına hasar çəkilməsi, içərisində şərq hökmdarlarının sarayına bənzədilən imarətin tikilməsi üçün sahibkarlardan belə pul toplayıb.