Icma.az
close
up
RU
Bir bağın tarixçəsi İCRA BAŞÇISI ƏHALİNİN TORPAĞINDA RAMİZ MEHDİYEVƏ VİLLA TİKİB

Bir bağın tarixçəsi İCRA BAŞÇISI ƏHALİNİN TORPAĞINDA RAMİZ MEHDİYEVƏ VİLLA TİKİB

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Gununsesi.info olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun və daha bir neçə bir neçə icra başçısının Mehdiyevə Bakı şəhərində villa tikməsi və mənzil bağışlamasından bəhs etmişdik. 

Bu barədə yazılardan sonra məlum oldu ki, Ramiz Mehdiyevin əmlakları təkcə Bakıda deyilmiş. 

Əhalinin sıx məskunlaşdığı Göyçayda 40 hektarlıq, hündür hasarla əhatələnmiş bir bağ var.

Rayonun Hüngütlü kəndi ərazisindəki bu bağ keçmiş nəqliyyat naziri Ziya Məmmədovun tapşırığı ilə bir vaxtlar Göyçay rayon icra hakimiyyəti başçısı Mənsur Məmmədov tərəfindən inşa olunub.

Araşdırmamız zamanı öyrəndik ki, bu evin inşa olunduğu və əhatələndiyi torpaq camaatın əlindən alınaraq Ramiz Mehdiyevə hədiyyə edilib.

Sakinlər deyir ki, Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun bilavasitə başçılığı ilə zorakı üsullarla, hədə-qorxu gəlinməklə əhalidən dəyər-dəyməzinə müsadirə olunub.

Camaatın pay torpaqları birləşdirilərək əzəmətli imarətin tikilməsində sözün əsl mənasında yerli sakinlərin qanı sovurulub.

2012-2014-ci illərdə Mənsur Məmmədov bu bağın salınması, ətrafına hasar çəkilməsi, içərisində şərq hökmdarlarının sarayına bənzədilən imarətin tikilməsi üçün sahibkarlardan belə pul toplayıb.

Onun əlaltıları Ramiz İbrahimov(həyatda yoxdur) Vahid İsayev, Rəşad Şükürov və hal-hazırda Yevlax rayon məhkəməsinin sədri Ruslan Əlizadə həmin dövrdə bütün idarə və təşkilatların rəhbərlərini məcbur edərək küllü miqdarda vəsait toplayıb bu obyektin tikintisinə yönəltmişdir.

Hətta Mənsur Məmmədov rayon məktəblilərindən də pul yığdırmaqla qısa müddətə işləri yekunlaşdırmağa müvəffəq olur.

Yerigəlmişkən bu işdə Ruslan Əlizadə xüsusi canfəşanlıq göstərib. Mənsur Məmmədov onu hər hansı tapşırıq dalınca göndərəndə Ruslan heç başçısının ağlına gəlməyən iki qat artıq məbləğlə geri dönürdü. Beləcə “etimad” qazanan Ruslan indi insanların taleyinə hökm vermək səlahiyyətində iş başındadır.

Mənsur Məmmədovsa   25 ildir, Zərdab, Ucar və Göyçayda başçı işləyir. Hal-hazırda onun yüz milyonlarla ölçülən varidatı, çoxsaylı obyektləri mövcuddur.

2014-ci ildə tikintisi başa çatan bağa lazım olan vəsaiti toplamaq üçün həmin dövrdə Göyçay rayonunda polis rəisi işləyən Vüqar Məmmədyarov pul toplanması üçün daha orjinal vasitələrə əl atırdı.

O, rayonda dilənçiliklə məşğul olan hər bir dilənçidən gündəlik 30 manat məbləğində “haqq”alır, xüsusi günlərdə, məsələn nar festifalı olan bayram günlərində dilənçiləri gündəlik 50 manat verməyə məcbur edirdi.
Hasarının daşları vətəndaşların qanı ilə hörülən bu bağ tikilib, inşa ediləndən sonra camaat düşündü ki, rahat nəfəs alar.

Təəssüf ki, belə olmadı. Bağda pələng saxlatdıran Mənsur Məmmədov hər gün bələdiyyə sədrlərini, icra nümayəndələrini, baytarlıq idarəsi rəhbərlərini pələngləri yemləmək üçün təzə quzu ətinə pul vermələrini məcbur edirdi.

Evinə bir kq ət ala bilməyən zavallılar məcburiyyət qarşısında bu qansızlığa dözürdülər. Hərçənd ki, “dözürdülər” ifadəsi bu məqamda yersizdir.

Çünki hətta borc içində üzən bələdiyyə sədirlərindən intihar edənlər də oldu. Bütün bunlar o vaxt Milli Təhlükəsizlik Nazirliyi  yerli əməkdaşlarının gözləri qarşısında baş verirdi. Sabiq nazir Eldar Mahmudov yəqin onu da bilməmiş deyildir ki, hədiyyə olunan imarətinə gələn Ramiz Mehdiyev o qanla hörülmüş divarlar arxasında dövlətçiliyə qarşı planlar cızırdı. Kim bilir, onların planlarında Ramiz Mehdiyev, Ziya Məmmədov tandemi Mənsur Məmmədova hansı postu və səlahiyyəti nəzərdə tutubmuş.
Tez-tez helikopterlə bağa gələn Qalina Mehdiyevanın hər gəlişində Mənsur Məmmədov əmrə müntəzir bu ətrafına saatlarla dolanıb qalırdı.

Yəqin ki, DTX da aparılan araşdırmalarda Mənsur Məmmədovun da Mehdiyev yolunda çəkdiyi cəfakeş fəaliyyət üzə çıxacaq və o, da haqq etdiyi cəzanı alacaq.

Elmar Elnuroğlu 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Oktyabr 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri