Bir də belə yağma, yağış... | Icma.az
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Külək, leysan və selin törətdiyi fəsadlar aradan qaldırılır Bir neçə gün əvvəl sinoptiklər ölkə ərazisində havaların kəskin dəyişəcəyi, aramsız yağış və leysanların yağacağı, bölgələrdə bir çox çayların dolub-daşacağı barədə xəbərdarlıq etmişdilər.
Hətta bildirmişdilər ki, bu dəfə yağıntılar son onilliklər ərzində analoqu olmayan dərəcədə güclü ola bilər.
Digər bir xəbərdarlıq isə yağıntıların yüksək sürətli küləklə müşahidə olunacağı ilə bağlı idi.
Bu isə öz növbəsində əlavə çətinliklərin yaranacağı ehtimalını daha da artırırdı.
Etiraf edək ki, bəlkə də bir çoxumuz bu xəbərdarlığı o qədər də ciddiyə almaq istəmirdik.
Amma, srağagün, xüsusilə dünən gün ərzində görüb müşahidə etdiklərimiz bir daha sübut etdi ki, meteoroloqlar öz proqnozlarında haqlı imişlər.
Beləliklə, aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkə ərazisində, eləcə də paytaxtda müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri isə su basıb.
Tam oxu
Xəbəri oxu