Icma.az
close
up
RU
Bir də belə yağma, yağış...

Bir də belə yağma, yağış...

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Külək, leysan və selin törətdiyi fəsadlar aradan qaldırılır

Bir neçə gün əvvəl sinoptiklər ölkə ərazisində havaların kəskin dəyişəcəyi, aramsız yağış və leysanların yağacağı, bölgələrdə bir çox çayların dolub-daşacağı barədə xəbərdarlıq etmişdilər. Hətta bildirmişdilər ki, bu dəfə yağıntılar son onilliklər ərzində analoqu olmayan dərəcədə güclü ola bilər.

Digər bir xəbərdarlıq isə yağıntıların yüksək sürətli küləklə müşahidə olunacağı ilə bağlı idi. Bu isə öz növbəsində əlavə çətinliklərin yaranacağı ehtimalını daha da artırırdı. Etiraf edək ki, bəlkə də bir çoxumuz bu xəbərdarlığı o qədər də ciddiyə almaq istəmirdik. Amma, srağagün, xüsusilə dünən gün ərzində görüb müşahidə etdiklərimiz bir daha sübut etdi ki, meteoroloqlar öz proqnozlarında haqlı imişlər.

Beləliklə, aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkə ərazisində, eləcə də paytaxtda müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri isə su basıb. Bakı şəhəri Heydər Əliyev prospektində yerləşən “Bağırov” tunelinə yağış sularının yığılması səbəbindən burada nəqliyyat vasitələrinin hərəkətinə bir müddət məhdudiyyət qoyulub. Tuneldə aparılan suçəkmə əməliyyatı başa çatdırıldıqdan sonra nəqliyyatın tam hərəkəti bərpa edilib. Paytaxtın Sabunçu tunelində də subasma ilə bağlı eyni problemlər yaşanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) mediaya verilən xəbərlərə görə, Bakı şəhəri Nəsimi rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binalarının birində mənzilin eyvan hissələrinin qoparaq asılı vəziyyətdə qalması nəticəsində vətəndaşlar üçün yaranmış təhlükəli vəziyyət nazirliyin xilasediciləri tərəfindən operativ olaraq aradan qaldırılıb. Görülən tədbirlər nəticəsində su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 10-u uşaq olmaqla, ümumilikdə, 31 nəfər vətəndaş təxliyə olunub.

Dünən güclü külək nəticəsində Abşeron rayonu ərazisində 21 ağac aşıb, qəzalı vəziyyətdə olan və aşmış ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə ərazidən götürülüb. İntensiv yağıntılar ilə əlaqədar olaraq əksər daxili çaylarda sululuq artıb. Ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda qeydə alınıb. Belə ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 52, Qarasuçayda 33, Kiçik Qafqaz ərazisindən axan Əsrikçay və Qabbırı-Kəsəməndə 5, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 38, Köndələnçayda 11, Quruçayda 7, Lənkəran–Astara bölgəsindən axan Lənkərançayda 5 santimetr artım qeydə alınıb.

Dünən Şabran rayonundan olan yazıçı-jurnalist Aydın Tağıyev redaksiyaya zəng vuraraq dedi ki, bütün sutka ərzində rayon mərkəzinə aramsız yağış yağıb və Şabrançaya güclü sel gəlib. Yaşı 75-i haqlamış Aydın müəllim bildirdi ki, o, şəxsən ömründə Şabrançayı belə “hirsli” və “qəzəbli” görməyib.

Ölkəmizin qərb bölgəsinin yaşayış məntəqələrinin sakinləri də güclü yağıntı ilə əlaqədar aprelin 16-da bir çox çətinliklərlə üzləşiblər. Xüsusilə Gəncənin Məhsəti qəsəbəsində 15-ə yaxın fərdi yaşayış evinə yağış sularının dolması narahatlıqlar doğurub. FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları və xüsusi avadanlıqları əraziyə cəlb olunub. Xüsusi avadanlıqlar vasitəsilə həyətlərə və evlərə dolan suların çəkilməsi işləri həyata keçirilib. Eyni zamanda, yağış sularının istiqamətinin dəyişdirilməsi üçün ərazidə qazıntı işləri aparılıb.

Qeyd edək ki, ölkə ərazisində kəskin hava şəraiti, demək olar ki, bütün regionlarda elektrik təsərrüfatında lokal xarakterli qəza hallarının yaranmasına səbəb olub. Leysan xarakterli intensiv yağış və güclü külək nəticəsində aşan ağac və kənar əşyaların elektrik xətlərini zədələməsi bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyətlərin yaranmasına səbəb olub.

Bir çox hallarda isə külək və sel suları elektrik təsərrüfatına daha böyük həcmdə ziyan vurmasın deyə qabaqlayıcı tədbir kimi xətlərə enerjinin ötürülməsində planlı fasilə verilib. Buna görə bir sıra bölgələrdə enerjinin verilməsində məhdudiyyətlər yaranıb. “Azərişığ”ın qəza xidmətinin əməkdaşları ərazilərdə fəsadların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışıblar.

Təəssüf ki, təbiətin budəfəki şıltaqlıqları itkisiz ötüşməyib. Belə ki, dünən Ağsunun Kalva kəndinin ərazisində sel ekskavatoru aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. İlkin məlumatlara görə, ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Yaralılar ekskavatorun içindən çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

Göründüyü kimi, təbiət öyrəşdiyimiz və ümid etdiyimiz kimi, həmişə mülayim və rəhmli olmur, bəzən insanlara sərt üzünü göstərir, sanki bizi sınağa çəkir. Nə etmək olar, sadəcə bu sürprizlərə hazır olmalıyıq...

Qabil YUSİFOĞLU,
Məsaim HACIXANOĞLU,
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see438

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see362

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see346

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see344

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see305

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see269

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see260

DÇ 2026: İngiltərə Meksika matçı ildırım səbəbindən təxirə salındı

06 İyul 2026 03:33see225

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see216

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see203

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see186

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see179

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see175

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see175

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see167

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see167

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see163

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see158

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see157

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri