Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 100 illiyi silsilə tərdbirlərlə qeyd edilən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaranmasının tarixini bundan sonra Balaxanı hasilat ərazisində bir əsrlik yaşı olan neft quyusu adında əks etdirəcək.
“ADNSU-100’ adlanan quyu barədə sertifikatı “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev ADNSU rektoru, dosent Rüfət Əzizova təqdim edib.
Manset.az xəbər verir ki, “Danışır sənaye” silsilə mühazirələri çərçivəsində universitetin müəllim və tələbə heyəti qarşısında çıxış edən Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev “Neft sənayesinin dayanıqlı gələcəyi: istiqamətimiz haradır?” mövzusunda fikirlərini bölüşüb.
O, çıxışı zamanı Ulu Öndərin təhsil aldığı, Xoşbəxt Yusifzadə və çoxlu sayda digər tanınmış məzunları olan ADNSU-nun yetişdirdiyi mütəxəssislərin Vətənimizin enerji sektorunu yaradanları olduğunu bildirib.
4-cü Sənaye İnqilabı dövründə dayanıqlılıq standartlarını yüksəltməyə çalışan hasilat şirkətlərinin bu gün yeni təfəkkürlü, innovativ, bilikli gənclərə böyük ehtiyacı var: “Enerji sərvətlərimizin işləniməsi məsuliyyətli və dayanıqlı şəkildə aparılmalıdır ki, Azərbaycanın rifahına və qlobal enerji təhlükəsizliyinə töhfə verməkdə davam etsin.
Balaxanı Əməliyyat Şirkəti ADNSU ilə əməkdaşlıq quraraq, sinif otağı ilə sənayeni biri-birinə yaxınlaşdırıb, qarşılıqlı şəkildə yeni ideya və inovativ təcrübələrlə çıxış edib ölkəmizin neft və qaz hasilatının dayanıqlılıq erasını birgə quracaq.
” ADNSU rektoru, dosent Rüfət Əzizov isə dioqqətə çatdırıb ki, tarixi bir əsri aşan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yüksək potensiala malik təhsil ocağı olmaqla yanaşı, sənayeyə ən yaxın ali təhsil müəssisələrindən biridir.