Icma.az
close
up
RU
Bir əsrlik neft quyusuna “ADNSU 100 adı verildi FOTOLAR

Bir əsrlik neft quyusuna “ADNSU 100 adı verildi FOTOLAR

Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 100 illiyi silsilə tərdbirlərlə qeyd edilən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaranmasının tarixini bundan sonra Balaxanı hasilat ərazisində  bir əsrlik yaşı olan neft quyusu adında əks etdirəcək. “ADNSU-100’ adlanan quyu barədə sertifikatı “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev ADNSU rektoru, dosent Rüfət Əzizova təqdim edib.


Manset.az xəbər verir ki, “Danışır sənaye” silsilə mühazirələri çərçivəsində universitetin müəllim və tələbə heyəti qarşısında çıxış edən Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev “Neft sənayesinin dayanıqlı gələcəyi: istiqamətimiz haradır?” mövzusunda fikirlərini bölüşüb. O, çıxışı zamanı Ulu Öndərin təhsil aldığı, Xoşbəxt Yusifzadə və çoxlu sayda digər tanınmış məzunları olan ADNSU-nun yetişdirdiyi mütəxəssislərin Vətənimizin enerji sektorunu yaradanları olduğunu bildirib. 4-cü Sənaye İnqilabı dövründə dayanıqlılıq standartlarını yüksəltməyə çalışan hasilat şirkətlərinin bu gün yeni təfəkkürlü, innovativ, bilikli gənclərə böyük ehtiyacı var: “Enerji sərvətlərimizin işləniməsi məsuliyyətli və dayanıqlı şəkildə aparılmalıdır ki,  Azərbaycanın rifahına və qlobal enerji təhlükəsizliyinə töhfə verməkdə davam etsin. Balaxanı Əməliyyat Şirkəti ADNSU ilə əməkdaşlıq quraraq, sinif otağı ilə sənayeni biri-birinə yaxınlaşdırıb, qarşılıqlı şəkildə yeni ideya və inovativ təcrübələrlə çıxış edib ölkəmizin neft və qaz hasilatının dayanıqlılıq erasını birgə quracaq. ”

ADNSU rektoru, dosent Rüfət Əzizov isə dioqqətə çatdırıb ki, tarixi bir əsri aşan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yüksək potensiala malik təhsil ocağı olmaqla yanaşı, sənayeyə ən yaxın ali təhsil müəssisələrindən biridir. O, bildirib ki, bugünkü tədbirdə təmsil olunan hər iki təşkilat üçün  insan kapitalının formalaşması, xalqa, dövlətə xidmət əsas hədəflərdəndir. Bu baxımdan şirkətlə təhsil müəssisəsi arasında qurulan əməkdaşlıq müsbət nəticə verəcək: “Əməkdaşlığımızda üç ümumi istiqamət vacibidir - müasir iş mühitinə uyğun kadrlar yetişdirmək üçün təhsil və tədqiqat proqramlarının həyata keçirilməsi, sənayenin təcrübəsindən istifadə edərək ADNSU tələbəsinin təhsildə keçirdiyi hər gününə praktiki faydanın qatılması, ekoloji mühafizə və dayanıqlılıq naminə elmə əsaslanan innovativ həll yollarının birgə işlənilməsi.”

Tədbir çərçivəsində tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Daha sonra ADNSU-nun rektoru “Balakahni Operating Company LTD”-nin prezidenti Rövşən Rzayevə “ADNSU-nun 100 illiyi Yubiley medalı”nı təqdim edib. Qeyd edək ki,  Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunan "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş şəxslərə təqdim olunur.

ADNSU-dakı “Danışır sənaye” silsilə mühazirələri çərçivəsində universitetə gələn qonaqlar Azİİ e-Kitab Evi və Tarix muzeyində olublar, Türkiyə-Azərbaycan Dostluq Mərkəzi və Şəhidlər üçün ucaldılmış Abidə kompleksini ziyarət ediblər. Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 19 Fevral 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri