Bir fermerə azı 3040 hektar torpaq verilməlidir ki... YENİLİK | Icma.az
Icma.az, Demokrat.az saytına istinadən bildirir. Qonşu torpaq sahibləri 5 hektara qədər olan torpaqlarını birləşdirə biləcəklər.
Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı keçirilən brifinqdə bu barədə məlumat verilib.
Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib ki, yeni qaydalara əsasən, 25 hektardan yuxarı torpaq sahələrinin 1 %-i xüsusi kənd təsərrüfatı infrastrukturlarının, o cümlədən soyuducu anbarların, emal müəssisələrinin və digər obyektlərin inşası üçün istifadə edilə biləcək.
F. Tağıyev bildirib ki, kənd təsərrüfatı torpaqlarının qorunması və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə tikintiyə icazə verilmə
Eyni zamanda, dəyişikliklər kiçik torpaq sahiblərini torpaqlarını birləşdirməyə təşviq edəcək.
Belə ki, bir və ya iki hektar torpaq sahəsinə malik olan qonşu torpaq sahibləri ümumilikdə 5 hektara qədər torpaqlarını birləşdirə biləcəklər.
Bu yanaşma kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsini təmin edəcək və ərzaq təhlükəsizliyinə müsbət təsir göstərəcək", - deyə o vurğulayıb.Məsələyə iqtisadçı Akif Nəsirli Demokrat.az-a açıqlamasında münasibət bildirib.
Onun fikrincə, torpaqların birləşdirilməsi, daha böyük torpaq sahələrinin formalaşdırılması kənd təsərrüfatının inkişafı üçün vacib amillərdən biridir:“Azərbaycan hökuməti torpaq islahatı keçirəndən sonra başa düşüb ki, torpaqların birləşdirilməsini təşviq etmək lazımdır.
Tam oxu
Xəbəri oxu