Icma.az
close
up
RU
Bir fermerə azı 3040 hektar torpaq verilməlidir ki... YENİLİK

Bir fermerə azı 3040 hektar torpaq verilməlidir ki... YENİLİK

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

 Qonşu torpaq sahibləri 5 hektara qədər olan torpaqlarını birləşdirə biləcəklər. Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı keçirilən brifinqdə bu barədə məlumat verilib. Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib ki, yeni qaydalara əsasən, 25 hektardan yuxarı torpaq sahələrinin 1 %-i xüsusi kənd təsərrüfatı infrastrukturlarının, o cümlədən soyuducu anbarların, emal müəssisələrinin və digər obyektlərin inşası üçün istifadə edilə biləcək. F. Tağıyev bildirib ki, kənd təsərrüfatı torpaqlarının qorunması və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə tikintiyə icazə verilməsi qaydaları kənd təsərrüfatı sektorunda investisiya mühitini daha əlçatan edəcək və fermerlərin istehsal imkanlarını genişləndirəcək: "Hökumət tərəfindən təsdiqlənmiş standartlara uyğun olaraq həmin torpaq sahələrində lazımi infrastrukturu qurmaq mümkün olacaq. Eyni zamanda, dəyişikliklər kiçik torpaq sahiblərini torpaqlarını birləşdirməyə təşviq edəcək. Belə ki, bir və ya iki hektar torpaq sahəsinə malik olan qonşu torpaq sahibləri ümumilikdə 5 hektara qədər torpaqlarını birləşdirə biləcəklər. Bu yanaşma kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsini təmin edəcək və ərzaq təhlükəsizliyinə müsbət təsir göstərəcək", - deyə o vurğulayıb.
Məsələyə iqtisadçı Akif Nəsirli Demokrat.az-a açıqlamasında münasibət bildirib. Onun fikrincə, torpaqların birləşdirilməsi, daha böyük torpaq sahələrinin formalaşdırılması kənd təsərrüfatının inkişafı üçün vacib amillərdən biridir:
“Azərbaycan hökuməti torpaq islahatı keçirəndən sonra başa düşüb ki, torpaqların birləşdirilməsini təşviq etmək lazımdır. Bir ara bunu məcburi şəkildə etmək istədilər. İstədilər ki, torpağını becərməyən sahibkarlardan həmin torpağı alsınlar, birləşdirsinlər və müəyyən təyinat üzrə istifadə etsinlər. Bu, mümkün olmadı, amma, çünki torpaqlarından imtina edən sahibkarlar ayrı-ayrı ərazilərdə idi deyə, onların torpaqlarını birləşdirmək alınmadı. Daha sonra ümumi torpaq sahələri olaraq aqroparklar yaratdılar. Düşünüldü ki, burada daha geniş məşğul olacaqlar kənd təsərrüfatı ilə və məhsullara tələbatı ödəyəcəklər. Bu da baş tutmadı, ona görə ki, aqroparkların sahibləri müstəqil sahibkar deyil, dövlət mülkiyyətini idarə edənlərdir. Dövlət mülkiyyətinin idarə edilməsində isə belə məsələlərdə səmərə əldə etmək mümkün deyil. Əgər aqroparklar və ya birləşdirilən torpaqlar özəl olaraq verilsəydi, daha yüksək səmərəliliyə nail oluna bilərdi”. 
Ekspert hesab edir ki, torpaqların birləşdirilməsi və daha geniş ərazilərdə sahələr formalaşdırılması üçün bu stimullaşdırılma azdır:
“Daha geniş tədbirlər görülməlidir ki, bir torpaq sahibinə heç olmasa 30-40 hektar torpaq sahəsi verilsin və bir növ bitkini yetişdirmək üçün istifadə olunsun. Yəni 30 hektar sahədə ya ancaq pambıq əkilsin, ya taxıl, ya da qarğıdalı və s. Bu halda səmərəliliyə nail olmaq olar və məhsuldarlıq artar”.
Törə Zeynal
Demokrat.az

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Dekabr 2024 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri