Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"NATO son günlərinimi yaşayır?" "Təhlükəsizliyə gedən yol, Rusiyanın diktəsindən keçə bilməz" Rusiya- Ukrayna müharibəsini bir günə bitirəcəyinə söz verən Tramp, rəsmi fəaliyyətə başlayandan bəri tam əksinə - mümkün üçüncü dünya müharibəsinin başlamasına xeyli zəmin yaradıb.
Fransa prezidenti Makronun xalqa müraciətində bu zəminin indiki reallıqları öz əksini tapıb deyə bilərik.
Fransa prezidenti Rusiyanın hazırda və gələcək illər üçün dünya, ilk növbədə Avropa üçün təhlükəyə çevrildiyini və bu təhlükəyə qarşı Avropanın müdafiə məsələlərini ABŞ-a ümid etmədən öz üzərinə götürməli olduğunu və bəşəriyyətin növbəti dünya savaşının astanasında olduğunu vurğulamış oldu.
Makronun çıxışını təhlil etməzdən əvvəl bir məsələyə diqqət etməyi vacib hesab edirəm.
Fransa prezidentinin ermənilərin dostu olduğunu və Azərbaycana qarşı ermənipərəst mövqedə dayandığını bilirik.
Amma, indiki halda Makronun çıxışına münasibətimizi bu aspektdən deyil, müraciətdən çıxan nəticələrə görə bildirməyimiz daha məqsədəuyğun hesab edilməlidir, çünki iş o yerə çatıb ki, hətta Avropanın nüvə doktrinasına yenidən baxılması gündəmə gətirilib.
Eyni zamanda yalnız Fransa prezidentinin deyil, Almaniyanın real kansleri olacaq Mertsin və Böyük Britaniya baş naziri Starmerin də bəyanatları Avropanın təhlükəsizliyi baxımından önəmli xarakter daşıyır.