Icma.az
close
up
RU
“Bir günə müharibəni bitirəcəyini deyən Tramp Üçüncü dünya savaşına səbəb olur“

“Bir günə müharibəni bitirəcəyini deyən Tramp Üçüncü dünya savaşına səbəb olur“

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"NATO son günlərinimi yaşayır?"

"Təhlükəsizliyə gedən yol, Rusiyanın diktəsindən keçə bilməz"

Rusiya- Ukrayna müharibəsini bir günə bitirəcəyinə söz verən Tramp, rəsmi fəaliyyətə başlayandan bəri tam əksinə - mümkün üçüncü dünya müharibəsinin başlamasına xeyli zəmin yaradıb. Fransa prezidenti Makronun xalqa müraciətində bu zəminin indiki reallıqları öz əksini tapıb deyə bilərik.  Fransa prezidenti Rusiyanın hazırda və gələcək illər üçün dünya, ilk növbədə Avropa üçün təhlükəyə çevrildiyini və bu təhlükəyə qarşı Avropanın müdafiə məsələlərini ABŞ-a ümid etmədən öz üzərinə götürməli olduğunu və bəşəriyyətin növbəti dünya savaşının astanasında olduğunu vurğulamış oldu.   

Makronun çıxışını təhlil etməzdən əvvəl bir məsələyə diqqət etməyi vacib hesab edirəm. Fransa prezidentinin ermənilərin dostu olduğunu və Azərbaycana qarşı ermənipərəst mövqedə dayandığını bilirik. Amma, indiki halda Makronun çıxışına münasibətimizi bu aspektdən deyil, müraciətdən çıxan nəticələrə görə bildirməyimiz daha məqsədəuyğun hesab edilməlidir, çünki iş o yerə çatıb ki, hətta Avropanın nüvə doktrinasına yenidən baxılması gündəmə gətirilib. Eyni zamanda yalnız Fransa prezidentinin deyil, Almaniyanın real kansleri olacaq Mertsin və Böyük Britaniya baş naziri Starmerin də bəyanatları Avropanın təhlükəsizliyi baxımından önəmli xarakter daşıyır.

Fransa prezidenti Makronun martın 5-də çıxışının əsas məqamları ABŞ prezidenti Donald Trampın apardığı siyasətlə, yəni Avropanın müttəfiqinin mövqeyinin dəyişməsi, Ukraynaya dəstək verməməsi ilə bağlıdır. O bildirdi ki, Avropa yeni dövrə qədəm qoyur, çünki Avropada əgər hansısa ölkə öz qonşusunun ərazisini işğal edərsə və cəzasız qalarsa, o zaman heç bir ölkə öz təhlükəsizliyinə inanmayacaq. Bu o demək olacaq ki, bundan sonra yalnız gücün hüququ işləyəcək, sülhün isə bu coğrafiyada təminatı olmayacaq. Makron Rusiyanın bu gün də, sabah da yalnız Fransa üçün deyil, bütün Avropa üçün təhlükə olduğunu xüsusi vurğulayıb. Doğrudan da, Rusiyanın təcavüzkarlığının sərhədi bilinmir və büdcəsinin 40%-ni hərbi ehtiyaclara yönləndirməsi, 2030-cu ilə kimi ordusuna 300 min əsgər, 3000 tank, 300 qırıcı təyyarə əlavə edəcəyi bir daha sübut edir ki, Rusiya Ukrayna torpaqlarını işğal etməklə dayanmayacaq. Ona görə də, baş verənlərə tamaşaçı olaraq qalmağın ağılsızlıq olduğunu deyən Makron, elə indi qərar qəbul etməyin vacibliyini müraciətdə qeyd edib. Buradan o nəticə çıxır ki, sülhə, təhlükəsizliyə gedən yol, Ukraynadan imtinadan, Ukraynanın kapitulyasiyasından, bir sözlə Rusiyanın diktəsindən keçə bilməz.

 Bütün baş verənlərə zamanında- 2014-cü ildə Krım, Donbas işğal edilərkən sərt reaksiya bildirilmədiyi üçün Rusiya işğalı davam etdirdi və indi hər hansı bir güzəşt olarsa növbəti hədəf bütün Avropadır. O zaman Avropanın taleyini kim həll edəcək? Əlbəttə, nə Moskva, nə də indiki Vaşinqton. “İndiki” ifadəsi ona görə vurğulanır ki, Trampdan sonra Birləşmiş Ştatların Moskvanı məmnun edəcək siyasət aparacağı inandırıcı deyil. Hələ onu da bilmək olmaz ki, ABŞ cəmiyyəti, siyasətçiləri Tramp siyasətinə kütləvi etiraz etməsinin artıq işartıları var və bu impeçmentlə nəticələnə bilər. Avropanın kifayət dərəcədə gücü, bacarığı var ki, ABŞ və Rusiya ilə baş-başa gələ bilsin, sadəcə birlik və siyasi iradə lazımdır. Artıq tam dərk edilməlidir ki, ABŞ prezidenti Tramp Putinin Avropa İttifaqını, NATO-nu parçalamaq istəyini həyata keçirməkdə israrlıdır. Üstəlik, Ukrayna torpaqlarının işğalının qəbul edilməsi, sanksiyaların Rusiya üzərindən götürülməsi, ABŞ hərbi bazalarının Qərbi Avropadan çıxarılması və sairə.

Deməli, Avropanın yeni təhlükəsizlik arxtekturası Ukraynanın iştirakından, onun müdafiəsindən keçir. Üç ildən çox müddətdə qəhrəmanlıqla özünü müdafiə edən Ukrayna hazırda Avropanın ən döyüşqabiliyyətli ordusuna malikdir.

Hadislər bu cür inkişaf edərsə NATO dağıla bilərmi? Bu suala  NATO-nun Avropadakı keçmiş Ali Baş Komandanı, ABŞ admiralı Ceyms Stavridis Bloombergdə yazdığı  “Avropa NATO-nun sonuna hazırlaşır”yazısından bir nümunə ilə cavab vermək olar. Stavridis: “Əgər ABŞ NATO-dan gedərsə, dünyanın geosiyasi baxımdan necə görünəcəyini düşünməyin vaxtıdır. Doğrudanmı biz NATO-nun son günlərini yaşayırıq? Onun yerinə nə olacaq, ümumiyyətlə olacaqmı? Yaxud qalarsa, ABŞ-sız NATO necə görünəcək?". Amerikalı admiralın sözlərinə görə, ABŞ-ın yeni rəhbərliyinin xarici siyasəti heyrətamizdir, çünki Rusiya, İran, Şimali Koreya kimi təcrid olunmuş dövlətlərlə eyni cərgədə dayanıb.  “ABŞ-ın Rusiyanın Ukraynanı işğalını pisləyən BMT qətnaməsinin əleyhinə səs vermək qərarı və bununla da Rusiya və Şimali Koreya sıralarına qoşulması transatlantik alyansın birliyinin parçalanmasının şok nümayişi idi”.

Bundan öncə Almaniya kansleri postuna əsas namizəd Fridirix Merts: “Biz Avropa qitəsini təkbaşına qorumalıyıq. Donald Trampın artıq olmayacağına hazırlaşmalı, NATO-nun qarşılıqlı müdafiə öhdəliklərinə qeyd-şərtsiz riayət etməliyik. Avropalıların bunu təmin etmək üçün hər cür səy göstərməsi vacibdir, ən azından Avropa qitəsini özümüzün müdafiə edə biləcəyimizin təminatını verməliyik”. 

Martın 3-də Britaniya parlamentində çıxış edən Britaniyanın baş naziri Starmer bugünkü Avropa üçün əsas təhlükə kimi Rusiyanı adlandırıb və bildirib ki, bu təhlükə indi Ukrayna silahlı qüvvələri tərəfindən zərərsizləşdirilir: “Ukraynanın mövqeyi tamamilə başa düşüləndir – onlar üçün müharibə 3 il əvvəl başlamamışdı. Bu, yalnız son və ən qəddar eskalasiyadır. Onlar Putinlə əvvəllər də müqavilələr imzalamışdılar və onun diplomatiyasının mahiyyəti, sözünün ağırlığı ilə bağlı təcrübəyə malik idilər. Biz güc seçməliyik və bunun üçün təcili olaraq arzu edənlərin koalisiyasının yaradılması tələb olunur”. Starmer, bu işdə İngiltərənin aparıcı rol alacağını və zəruri tədbirlər görülmədiyi halda Putinin münaqişə və xaosa həvəsinin daha da artacağını xüsusi vurğulayıb.

Göründüyü kimi Avropanın aparıcı ölkələri təhlükəsizliyin Ukraynadan başlandığını və Ukraynanın təslim olmasının perspektivdə daha ağır nəticələr verəcəyinin fərqindədirlər. Tramp bu mövqeni görür və Ukrayna ilə masa arxasında əyləşib atəşkəs üçün danışıqları davam etdirməyə məcburdur, çünki Ukraynanın da yaxın vaxtlara ağ bayraq qaldırmayacağını bilir. 

 Bəs, Avropa Birliyi Türkiyəsiz təhlükəsizliyini tam təmin edə biləcəkmi? Yaxın günlərə bu məsələyə də aydınlıq gələcəyinə ümid edirik.

 İlham İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Mart 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri