“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya... Müğənilər arasında atışma düşdü

24.01.2026

Icma.az bildirir, Mia.az portalına istinadən.

“Əlindən tutub səhnəyə gətirdiyim, istər maddi, istərsə də mənəvi dəstək olduğum insan indi deyir ki, bu yerə özüm gəlmişəm, hər şeyi özüm etmişəm. Yanıb-tökülürəm. Sənin görmədiyin pulları sənə vermişdim”.

Bu sözləri müğənni Manaf Ağayev “Tarixin bir günü” verilişində deyib.

Müğənni ad çəkmədən həmkarı Sevil İskəndərliyə sərt sözlər ünvanlayıb: “Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya, dünyanın hər yerinə aparıtdım. İndi necə deyə bilərsən ki, bunları özün etmisən? Allahdan qorxmursan?!”

Xatırladaq ki, müğənni Sevil İskəndərli bir neçə gün öncə efirdə belə bir açıqlama vermişdi: “Manaf Ağayevlə 5 il toylara getmişik. Amma mənim bu sənətə gəlişimə Manaf Ağayev dəstək olmayıb, dəstəyim Allah olub. Özüm öz gücümlə bu yerə gəlmişəm”.

Onun bu açıqlaması Manaf Ağayevi özündəm çıxartmışdı və açıqlamalarında ad çəkmədən həmkarını nankor adlandırmışdı/Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью