“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya... Müğənilər arasında atışma düşdü
Icma.az bildirir, Mia.az portalına istinadən.
“Əlindən tutub səhnəyə gətirdiyim, istər maddi, istərsə də mənəvi dəstək olduğum insan indi deyir ki, bu yerə özüm gəlmişəm, hər şeyi özüm etmişəm. Yanıb-tökülürəm. Sənin görmədiyin pulları sənə vermişdim”.
Bu sözləri müğənni Manaf Ağayev “Tarixin bir günü” verilişində deyib.
Müğənni ad çəkmədən həmkarı Sevil İskəndərliyə sərt sözlər ünvanlayıb: “Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya, dünyanın hər yerinə aparıtdım. İndi necə deyə bilərsən ki, bunları özün etmisən? Allahdan qorxmursan?!”
Xatırladaq ki, müğənni Sevil İskəndərli bir neçə gün öncə efirdə belə bir açıqlama vermişdi: “Manaf Ağayevlə 5 il toylara getmişik. Amma mənim bu sənətə gəlişimə Manaf Ağayev dəstək olmayıb, dəstəyim Allah olub. Özüm öz gücümlə bu yerə gəlmişəm”.
Onun bu açıqlaması Manaf Ağayevi özündəm çıxartmışdı və açıqlamalarında ad çəkmədən həmkarını nankor adlandırmışdı/Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 24 Yanvar 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















