Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İnsanın 3 dostu var: biri onu evindən yola salar, biri qəbrə qoyulana qədər dalınca gələr, biri də axirət həyatı boyu ona yoldaşlıq edər.
İnsanı evindən yola salan dostu qazandığı dünya malıdır, məzarına qədər gələn dostu sevdiyi insanlardır, axirətdə yoldaşlıq edən dostu isə əməlləridir.
Kim bilir, bizi o Böyük Məhkəmədə cəhənnəm əzabından hansı əməlimiz qurtaracaq.
Hərdən oturub düşünək və əməllərimizi göz önündən keçirib ruhumuza təskinlik verən bir şey tapmağa çalışaq...
Bir əlində torbasını və əsasını tutmuş, o biri əli ilə dükandan yenicə aldığı çörəyi sinəsinə sıxmış yaşlı bir kişi evinə tələsir.
Bu kişinin oğlu və gəlini iki il əvvəl avtomobil qəzasında haqqın rəhmətinə qovuşub.
Beş il əvvəl torpağa tapşırdığı həyat yoldaşından sonra isə sanki tənha bir boşluğa düşüb.