Icma.az
close
up
RU
Bir könül sevindirsən...

Bir könül sevindirsən...

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


İnsanın 3 dostu var: biri onu evindən yola salar, biri qəbrə qoyulana qədər dalınca gələr, biri də axirət həyatı boyu ona yoldaşlıq edər.
İnsanı evindən yola salan dostu qazandığı dünya malıdır, məzarına qədər gələn dostu sevdiyi insanlardır, axirətdə yoldaşlıq edən dostu isə əməlləridir. Kim bilir, bizi o Böyük Məhkəmədə cəhənnəm əzabından hansı əməlimiz qurtaracaq. Hərdən oturub düşünək və əməllərimizi göz önündən keçirib ruhumuza təskinlik verən bir şey tapmağa çalışaq...
Bir əlində torbasını və əsasını tutmuş, o biri əli ilə dükandan yenicə aldığı çörəyi sinəsinə sıxmış yaşlı bir kişi evinə tələsir. Bu kişinin oğlu və gəlini iki il əvvəl avtomobil qəzasında haqqın rəhmətinə qovuşub. Beş il əvvəl torpağa tapşırdığı həyat yoldaşından sonra isə sanki tənha bir boşluğa düşüb. Hələ bu az imiş kimi kişi irili-xırdalı dörd nəvəsinə baxır. O dörd nəvə üçün ata da odur, ana da, baba da odur, nənə də. Onların paltarlarını yuyur, yeməklərini verir, səhər birini məktəbə, birini bağçaya aparır. Yəni, bir ana öz övladlarına necə qayğı göstərirsə, bu baba da nəvələrinə elə qayğı göstərir.
İndi artıq uşaqlar bir az böyükdürlər. Çox işlərini özləri görürlər. Özləri özlərinə böyüklük edirlər. Kişinin hər sözü onlar üçün qanundur. Yaşları az da olsa, anlayırlar ki, Allahdan aşağı bu kişi onlar üçün ən böyük dayaqdır. Və o dayağın möhkəm olması, sarsılmaması üçün onun sözünə baxmalıdırlar. Baba da hər ay aldığı təqaüdü, müavinəti qənaətlə xərcləyərək, dörd bala böyüdür. Əslində, böyüdən Allahdır, baba sadəcə olaraq çırpınır və boynuna düşən işləri yerinə yetirməyə çalışır. Arabir də deyir ki, aldığı bu üç-beş manatla bu qədər dərd-səri necə yola verdiyini heç özü də bilmir.
Təsəvvür edin ki, siz də bir gün bir qurban kəsirsiniz və bu babanın evinin qapısını döyürsünüz. Qapıya çıxan körpələrin başını oxşayırsınız, üzündən öpürsünüz. Əlinizdəki ət dolu torbanı uşaqlara verirsiniz, onlar sevincək torbanı içəri aparanda siz də kişini qolundan tutub saxlayırsınız və sağ əlinizdə tutduğunuz pulu onun cibinə qoyursunuz. Həm də elə edirsiniz ki, uşaqlardan heç kim bunu görmür.
Sonra da siz o kişinin əllərini sıxırsınız, təbəssüm dolu gözlərlə üzünə baxırsınız və sonra da sağollaşıb gedirsiniz. Yaşlı kişi də sizi ilk və son dəfə görürmüş kimi qapıda dayanır və sizin arxanızca baxa-baxa qalır.
Heç kimə heç nə demirsiniz, “Allah (c.c.) bildimi, yetər” fikri ilə könlünüzə bir hüzur, bir rahatlıq hakim kəsilir. Sizin bu dünyada bütün alış-verişiniz insanlarla olsa da, hesab-kitabınız Allahladır (c.c.). Çünki verdiyinizi Allah rizası üçün verirsiniz, Allah rizası üçün verilməyəni qəbul etmirsiniz. Allahın rizasını qazanmaq üçün verilən hər sədəqə isə yüz qat, min qat artığı ilə sahibinə dönür.
Kişi evinə tələsir. Kim bilir, bəlkə də bu kişi torbasındakıları və o isti çörəyi sizin verdiyiniz sədəqə ilə alıb. Sizin verdiyiniz sədəqə ilə alınan ərzaq neçə yetimin süfrəsində bərəkət olur, onların üzünü güldürür.
Ağıllı insan Allahın əmrlərini əsas tutan və həyatını o istiqamətdə yaşayan insandır. Əgər belə deyilsə, bütün dünyaya sultan olun, bütün bəşər sizə itaət etsin, nə faydası?!
Siz adi bir nəfərsiniz və heç kimdən artıq deyilsiniz, amma könlünüz Allaha bağlıdır.
Siz Allah rizası üçün atasız-anasız bir ailənin süfrəsini doldursanız, bütün mal-mülkün Sahibi Allah (c.c.) sizin süfrənizi boş qoyarmı?
Bir də onu düşünün ki, verdiyiniz sədəqə ilə yaşlı kişi hər nəvəsinə bir hədiyyə alır və o nəvələr o sədəqə ilə alınmış hədiyyələri o gecə qucaqlayıb yatırlar. O nəvələr o gecə yuxularında üzlərini belə xatırlamadıqları valideynlərini görürlər. Və hamısının da gördükləri sizə bənzəyir.
Sizin verdiyiniz sədəqə ilə o yetimlərin könlü açılırsa, Allah (c.c.) da sizin könlünüzü açmazmı? Siz bu qədər könül sevindirirsinizsə, Allah (c.c.) da sizin könlünüzü sevindirməzmi?
Elə isə düşünün, düşünün ki, doğru düşünmək də ibadətdir.
Qurani-Kərimdə bu ifadə tez-tez buyurulur: Heç təfəkkür etmirsinizmi?.. Unutmayın ki, dünyalara sığmayan Allah sevdiyi bəndəsinin qəlbinə sığır. Könül sevindirmək, hələ qırıq könülləri sevinclə doldurmaq, əlbəttə ki, Allaha da xoş gedir.
Elə fərz etməyin ki, yuxarıda söylədiklərimiz imkansız şeylərdir. Əsla! Mümkündür, hətta çox asandır. Yetər ki, siz ruhən bu niyyətə köklənəsiniz və xəyalınızda qurduğunuz o ssenarini həyata keçirməyə can atasınız. Qarşı tərəfi demirəm, öz könlünüzdə nə kimi izahı mümkünsüz gözəl duyğuların boy verəcəyini görəcəksiniz.
Sevgili Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, yerdəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsinlər.
Biz sözümüzü bitirdik, sonrası sizə qalır. Vəssalam…
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 02 Mart 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri