525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Azərbaycan əsrlər boyu igidlərin çiyni üzərində yüksəlib.
Bu yurdun hər daşında bir nəfəsin istiliyi, hər qarışında bir qəhrəmanın ayaq izi var.
Bizim üçün Vətən sadəcə xəritədə çəkilən sərhədlər deyil, bu torpaq namusumuzun ətri, kökümüzün səsi, keçmişimizin nəfəsi, gələcəyimizin ümididir.
Torpağı qorumaq yazılmayan, öyrədilməyən, yalnız ürəyə hopan bir missiyadır.
Bu torpaq ananın qucağı kimidir və onu müdafiə edən hər oğul onun ən mərd, ən fədakar övladına çevrilir.
Bu müqəddəs torpağın hər zərrəsində bir nəfəs, hər nəfəsində bir dua, hər duasında isə Vətən yolunda şəhadətə hazır olan igidlərin ruhu dolaşır.
Torpaq... Başqa ellər üçün sadə bir söz ola bilər, amma Azərbaycan üçün torpaq nəfəsdir, yaddaşdır, izzətdir, namusdur.
Bu yurdun keşiyini çəkmək kitabdan öyrənilən qayda deyil; babaların mirası olan qeyrətin, anaların alnından süzülən duaların, köksdə əsla sönməyən Vətən eşqinin çağırışıdır.