Icma.az
close
up
RU
Bir küləkli bahar günü doğulan ümid

Bir küləkli bahar günü doğulan ümid

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan əsrlər boyu igidlərin çiyni üzərində yüksəlib. Bu yurdun hər daşında bir nəfəsin istiliyi, hər qarışında bir qəhrəmanın ayaq izi var. Bizim üçün Vətən sadəcə xəritədə çəkilən sərhədlər deyil, bu torpaq namusumuzun ətri, kökümüzün səsi, keçmişimizin nəfəsi, gələcəyimizin ümididir. Torpağı qorumaq yazılmayan, öyrədilməyən, yalnız ürəyə hopan bir missiyadır. Bu torpaq ananın qucağı kimidir və onu müdafiə edən hər oğul onun ən mərd, ən fədakar övladına çevrilir.

Bu müqəddəs torpağın hər zərrəsində bir nəfəs, hər nəfəsində bir dua, hər duasında isə Vətən yolunda şəhadətə hazır olan igidlərin ruhu dolaşır.

Torpaq... Başqa ellər üçün sadə bir söz ola bilər, amma Azərbaycan üçün torpaq nəfəsdir, yaddaşdır, izzətdir, namusdur. Bu yurdun keşiyini çəkmək kitabdan öyrənilən qayda deyil; babaların mirası olan qeyrətin, anaların alnından süzülən duaların, köksdə əsla sönməyən Vətən eşqinin çağırışıdır.

Elə buna görə də, bu torpaq min illərdir öz oğullarını özü yetişdirir - qaya kimi möhkəm, dağ kimi uca, günəş kimi qüdrətli.

Bu torpaq qəhrəmanları təsadüfən yetişdirmir. Onları zaman özü seçir, Vətən özü çağırır. Hər igidin yolu bir gün səngərdən keçir: kimi geri dönür, kimi isə adını əbədiyyətə yazdırır. Bu yazı da məhz o seçilmişlərdən biri - şəhadət zirvəsinə ucalıb ölümsüzlüyə qovuşan gənc Zəka Zakir oğlu Abışovun ömür yolunun astanasından başlayır.

Onun adı gələcək nəsillərə məktəb olacaq qədər uca, torpağa sinə gərən hər igidin ürəyində yaşayacaq qədər əbədidir.

2001-ci ilin 19 martında Qaradağın sərt küləkləri Qızıldaşda bir körpənin ilk nəfəsini sinəsinə çəkdi. Balaca Zəkanın dünyaya gəlişi həmin gün sanki sükutu yaran bir işığın doğmasına bənzəyirdi. O böyüdükcə qonşular bu sakit, baxışları dərinlik daşıyan uşaqda içi alovlu bir ruhun möcüzəsini hiss edirdilər, nə təlatümə boyun əyən, nə də çətinlikdən qaçan bir ruh.

Hər uşaq böyüyər, amma bəziləri tarixlə birgə böyüyər. Zəka da həmin nadir talelilərdən idi.

İbtidai təhsilini şəhid Azər Namazovun adını daşıyan 180 saylı məktəbdə aldı. Uşaq yaşlarından idmana könül verdi və karate onun üçün sadəcə məşq deyil, xarakterinin sərtləşib formaya düşmüş halı idi. Tərlə yoğrulan o məşqlər, hər zərbədən sonra möhkəmlənən biləklər bir gün səngərdə göstərəcəyi cəsarətin ilk nişanəsi idi. İdman ona güclə yanaşı, intizam, təmkin və məğrurluq öyrətdi.

Günün birində Vətənin sınaq meydanında lazım olacaq bu keyfiyyətlər onda elə uşaqlıqdan kök salırdı.

Orta təhsilini başa vurduqdan sonra 2016-cı ildə "İnşaat qəlibçisi" peşəsinə yiyələnmək üçün peşə məktəbinə daxil oldu. Çoxlarının adi bir seçim kimi gördüyü bu yol onun üçün halal zəhmətin, alın təri ilə qazanılan çörəyin dəyərini yaşamaq idi. Öyrəndikcə böyüyən, böyüdükcə daha çox öyrənmək istəyən bir gənc idi.

Həyat ona ağır zəhmətin gözəlliyini, zəhmətsiz heç nə olmayacağını erkən yaşda öyrətmişdi.

2019-cu ilin oktaybrında hərbi xidmətə yollandı. Komandirləri onun haqqında "Zəka daha ilk gündən əsgər kimi yox, doğma torpağın nəfəsini çiynində daşıyan bir döyüşçü kimi görünürdü" - deyirdi.

Duruşunda sərtlik, baxışlarında məğrurluq vardı. Qısa zamanda ön xəttin seçilən əsgərləri sırasında yer aldı.

Əsgər forması onun üzərində sadəcə geyim deyildi, sanki Vətən özü həmin formanı onun çiyinlərinə sarımışdı.

Birinci eşalon... Hər gecəsi soyuq, hər addımı təhlükəli, hər anı bilinməzliklə dolu o xətt Zəka kimi oğulların çiynində dayanırdı. Füzulinin palçıqlı səngərləri, küləkli yüksəklikləri, sisli səhərləri onun iradəsini daha da poladlaşdırdı.

Hər çətinlikdən keçdikcə o, bir addım da şəhidlik zirvəsinə yaxınlaşırdı və özü bilmədən, ruhu hiss edərək.

2020-ci il 27 sentyabr... Tarixin axarını dəyişən gün. Xalq ayağa qalxdı, ordu irəli atıldı. Zəka həmin günlərdə yalnız silah tutan bir əsgər deyildi, Vətənin hər parçasını ürəyində gəzdirən və torpağa ana kimi qısılıb onu qorumağa and içən bir igid idi.

Bu torpaq o gün Zəka kimi minlərlə oğlunun qəlbindən ikinci dəfə doğuldu.

Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə qarşısına çıxan çətinliklər onun addımını yavaşıtmadı. Silahdaşları deyirdi: "Hər hücumda Zəkanın gözlərində ayrı bir işıq olurdu, o işıq qorxudan yox, zəfərdən xəbər verirdi".

Qorxmazlıq insanı böyütməz; ideallar böyüdər Zəkanın ideyası isə Vətən idi.

Amma böyük qələbələr böyük qurbanlarla qazanılır. Noyabrın ilk günlərində düşmən ağır əks-hücuma başladı. Gecəni yaran güllələr səngərləri silkələsə də, Zəka və döyüş yoldaşları geri addım atmadı. O, təkcə bir mövqeni deyil, Vətənini, xalqının şərəfini qoruyurdu.

Vətənpərvərliyin səsi o gecə güllələrin səsindən də uca idi.

Və həmin qaranlıq, amma qeyrətlə işıqlanan gecədə o, canını torpağa sipər edərək şəhidlik zirvəsinə ucaldı.

Həyat bitdi, amma dastan başladı.

Vətən onu unutmadı. Unutmayacaq. Ölümündən sonra layiq görüldüyü "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları onun qəhrəmanlığının rəsmi təsdiqidir. Amma ən böyük mükafatı xalqın qəlbində qazandığı əbədi yer, yaddaşlarda yaşatdığı şərəfli addır.

Şəhidlər ölməz deyimi onun adı çəkiləndə daha da mənalanır.

Bu gün Zəka Abışovun adı sadəcə bir şəhid adı deyil, mərdliyin, zəhmətkeşliyin, idmançı əzminin və torpağı namus bilən bir azərbaycanlı qeyrətinin simvoludur.

Onun adı gələcək nəsillərə "Vətən necə sevilər?" sualının cavabı kimi qalacaq.

Onun hekayəsi qısa, amma şərəfli bir ömrün dastanıdır. Və bu dastan bir həqiqəti bir daha xatırladır:

Torpaq namusdur. Namus uğrunda isə yaşamaqdan uca bir yol var - şəhidlik.

Zəka Abışov bu xalqın yaddaşında elə bu ucalıqla da yaşayacaq əbədi və işıqlı bir iz kimi.

O iz nə yağmurla silinəcək, nə zamanla unudulacaq. Zəkanın hekayəsi Vətənin yaddaş kitabında qızıl hərflərlə yazılıb.

Samir ƏSƏDLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri