BİR MƏNZİL, BİR NEÇƏ SAHİB Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər? | Icma.a…
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda mənzil alıb öz evində yaşamaq arzusu ilə yola çıxan bir çox insan aldadıcı satışların qurbanına çevrilir.
Problemdən ən çox əziyyət çəkənlər sırasında isə gənc ailələr, təqaüdçülər və xaricdə işləyib Azərbaycanda ev almaq istəyən miqrantlar yer alır.
Onlar üçün mənzil sahibi olmaq uzun illərin zəhmətinin bəhrəsi hesab olunur, lakin bu arzu tez-tez kabusa çevrilir.Son günlərdə mətbuatda eyni mənzilin bir neçə nəfərə satılması ilə bağlı xəbərlərin artdığı müşahidə olunur.
Aparılan araşdırmalar göstərir ki, bu hallar tək-tək deyil, sistemli şəkildə həyata keçirilən bir problemdir.
Məlumata görə, təkcə son üç ildə Bakıda mənzil alaraq aldadıldığını bildirən şəxslərin sayı 1000-dən çoxdur.Sosial Tədqiqatlar Mərkəzinin məlumatına görə, ölkədə 5000-dən çox şəxs eyni mənzilin bir neçə nəfərə satılması dələduzluğunun qurbanı olub.
Məsələn, yerli KİV-də yayılan xəbərlərə əsasən, Bakıda bir evin hətta 70 nəfərə satılması kimi hallar da mövcuddur.Söhbət “Star-M” MTK-nın rəhbəri Məhərrəm Məhərrəmovdan gedir.
Onun eyni mənzili 70-dən çox vətəndaşa satdığı bildirilir. Mətbuatda yer alan digər bir məlumata görə, Yeni Yasamal ərazisində bir mənzil 37
Tam oxu
Xəbəri oxu