Icma.az
close
up
RU
BİR MƏNZİL, BİR NEÇƏ SAHİB Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?

BİR MƏNZİL, BİR NEÇƏ SAHİB Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda mənzil alıb öz evində yaşamaq arzusu ilə yola çıxan bir çox insan aldadıcı satışların qurbanına çevrilir. Problemdən ən çox əziyyət çəkənlər sırasında isə gənc ailələr, təqaüdçülər və xaricdə işləyib Azərbaycanda ev almaq istəyən miqrantlar yer alır. Onlar üçün mənzil sahibi olmaq uzun illərin zəhmətinin bəhrəsi hesab olunur, lakin bu arzu tez-tez kabusa çevrilir.

Son günlərdə mətbuatda eyni mənzilin bir neçə nəfərə satılması ilə bağlı xəbərlərin artdığı müşahidə olunur. Aparılan araşdırmalar göstərir ki, bu hallar tək-tək deyil, sistemli şəkildə həyata keçirilən bir problemdir. Məlumata görə, təkcə son üç ildə Bakıda mənzil alaraq aldadıldığını bildirən şəxslərin sayı 1000-dən çoxdur.

Sosial Tədqiqatlar Mərkəzinin məlumatına görə, ölkədə 5000-dən çox şəxs eyni mənzilin bir neçə nəfərə satılması dələduzluğunun qurbanı olub. Məsələn, yerli KİV-də yayılan xəbərlərə əsasən, Bakıda bir evin hətta 70 nəfərə satılması kimi hallar da mövcuddur.

Söhbət “Star-M” MTK-nın rəhbəri Məhərrəm Məhərrəmovdan gedir. Onun eyni mənzili 70-dən çox vətəndaşa satdığı bildirilir. Mətbuatda yer alan digər bir məlumata görə, Yeni Yasamal ərazisində bir mənzil 37 nəfərə satılıb. Bu kimi onlarla, yüzlərlə fakt mövcuddur. Onların bir qismi artıq illərlə məhkəmə çəkişməsi yaşayır, digərləri isə nə pullarını, nə də mənzillərini geri ala biliblər.

Aparılan müşahidələrə əsasən, bu hallar bir neçə səbəbdən baş verir:

Qanunsuz müqavilələr – Mənzillər bəzən sadəcə MTK səviyyəsində hazırlanmış, heç bir hüquqi qüvvəyə malik olmayan sənədlərlə satılır və vətəndaş bundan xəbərsiz olur.Notariat və reyestr yoxluğu – Qanunla tələb olunduğu halda alqı-satqı müqavilələrinin notariatda təsdiqlənməməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaması problemin digər bir səbəbidir.Alıcıların hüquqi savadsızlığı – Vətəndaşlar çox zaman sənədin hüquqi qüvvəyə malik olub-olmadığını bilmədən, sadəcə şirkətə güvənərək alqı-satqı prosesinə daxil olurlar ki, bu da sonradan məyusluqla nəticələnir.MTK-ların qeyri-rəsmi fəaliyyəti – Bəzi tikinti şirkətləri qeydiyyatsız fəaliyyət göstərir və bir neçə mənzili bir neçə alıcıya satmaqla qısa müddətli qazanc əldə etməyə çalışırlar.

Bəs bu kimi halların baş verməməsi üçün hansı addımlar atılmalıdır?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "AzPolitika"-ya şərhində bildirib ki, son 30 ildə qanunvericilikdə dəyişikliklər olsa da, yeni tikili binaların alqı-satqı prosesində ciddi yeniliklər müşahidə olunmur:“Artıq 30 ilə yaxındır ki, yeni çoxmənzilli binalar inşa olunur. Bu işlər əsasən özəl sektor tərəfindən həyata keçirilir. Tikinti işlərinin artması ölkə iqtisadiyyatını gücləndirir, eyni zamanda vətəndaşların mənzil problemlərini aradan qaldırır. Lakin görürük ki, yeni tikililərdə mənzil satışında hələ də köklü dəyişiklik baş verməyib. Əgər həmin binalardakı mənzillərin çıxarış sənədi yoxdursa, onların alqı-satqısı tikinti şirkəti tərəfindən aparılır. Şirkətlə vətəndaş arasında müqavilə bağlanır və vətəndaş pulu tam ödəyibsə, ona sadəcə maliyyə arayışı təqdim olunur”.

Ekspert qeyd edir ki, bu kimi halların qarşısını almaq üçün yeni tikililərdə müqaviləli mənzillərin satışı tikinti şirkətləri tərəfindən deyil, dövlət qurumları vasitəsilə aparılmalıdır: Məsələn, bu işlə "ASAN xidmət" və ya notariuslar məşğul ola bilər. Bu zaman problemin qarşısı effektiv şəkildə alına bilər. Nə qədər ki, alqı-satqılar sadəcə tikinti şirkətinin verdiyi maliyyə arayışı ilə həyata keçiriləcək, bu cür halların qarşısını almaq çətin olacaq. Çünki hüquqi baza zəifdir və reyestr aparılmır. Lakin onu da qeyd etməliyik ki, son illərdə ölkədə tikinti şirkətlərinin sayı azalıb. Hazırda bazarda yalnız sınaqdan çıxmış, etibarlı brendini qoruyan şirkətlər fəaliyyət göstərir. Onlar daha çox bina inşa edib, nüfuzlarını qorumağa çalışırlar”.

Qeyd edək ki, vətəndaşlar aldadılma hallarının qarşısını almaq üçün aşağıdakı məqamlara diqqət yetirməlidirlər:

Alqı-satqı müqaviləsini yalnız notarius vasitəsilə bağlamaq;Mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatda olub-olmadığını yoxlamaq;MTK-nın dövlət qeydiyyatını, əvvəlki layihələrini və fəaliyyət icazəsini araşdırmaq;Mütəxəssis və ya hüquqi məsləhət almaq.

Göründüyü kimi, Bakıda eyni mənzilin bir neçə nəfərə satılması problemi ciddi sosial və hüquqi məsələlər doğurur. Bu problemin həlli üçün həm dövlət orqanlarının nəzarəti gücləndirilməli, həm də vətəndaşların hüquqi maarifləndirilməsi təmin edilməlidir. Yalnız bu yolla vətəndaşların hüquqları qorunaraq, dələduzluq hallarının qarşısı alınması mümkündür.

E. Bəyməmmədli
"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Aprel 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri