Bir milyarddan çox adamın Bakıdakı səsi: Azərbaycan tədbirə çox yaxşı hazırlaşıb | Icma.az
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır. COP29-da yaradılan şərait həm də müyəssərlik baxımından müsbət mənada fərqlənir.
Tədbirin təşkil olunduğu məkan bütün kateqoriyalı əlilliyi olan insanlar üçün 100 faiz əlçatanlığı ilə seçilir.
Bu o deməkdir ki, girişdən bütün konfrans zallarına qədər heç bir maneə yoxdur.
İstər təkərli oturacaq istifadəçiləri olsun, istər görmə və eşitmə məhdudiyyətli, istərsə də digər kateqoriyalı insanlar üçün bərabər bir mühit yaradılıb ki, həmin insanlar bu tədbirin bərabərhüquqlu bir qonağı kimi iştiraklarına şərait yaradılır.
Əbəs deyil ki, ölkəmizə təşrif buyuran əlilliyi olan xarici qonaqlar da yaradılan şəraitdən məmnunluq ifadə edirlər.
Oxu.Az-la fikirlərini bölüşən Yeni Zelandiya parlamentinin deputatı Aupito Uilyam bildirib ki, əlilliyi olan insanlara ən yaxşı şərait məhz COP29-da yaradılıb: "Qeydiyyat masalarının yanında əlillər üçün xüsusi yerlər ayrılıb ki, biz növbədə dayanıb çox əziyyət çəkməyək.
Bu proses bizə çox kömək edir və iştirakımızı asanlaşdırır. Ümumiyyətlə, elektrikli təkərli arabadan istifadə edənlər üçün bütün şərait yara
Giriş və çıxış qapılarında da heç bir məhdudiyyət və çətinlik yoxdur".
Tam oxu
Xəbəri oxu