Icma.az
close
up
RU
Bir milyarddan çox adamın Bakıdakı səsi: Azərbaycan tədbirə çox yaxşı hazırlaşıb

Bir milyarddan çox adamın Bakıdakı səsi: Azərbaycan tədbirə çox yaxşı hazırlaşıb

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

COP29-da yaradılan şərait həm də müyəssərlik baxımından müsbət mənada fərqlənir. Tədbirin təşkil olunduğu məkan bütün kateqoriyalı əlilliyi olan insanlar üçün 100 faiz əlçatanlığı ilə seçilir. Bu o deməkdir ki, girişdən bütün konfrans zallarına qədər heç bir maneə yoxdur. İstər təkərli oturacaq istifadəçiləri olsun, istər görmə və eşitmə məhdudiyyətli, istərsə də digər kateqoriyalı insanlar üçün bərabər bir mühit yaradılıb ki, həmin insanlar bu tədbirin bərabərhüquqlu bir qonağı kimi iştiraklarına şərait yaradılır.

Əbəs deyil ki, ölkəmizə təşrif buyuran əlilliyi olan xarici qonaqlar da yaradılan şəraitdən məmnunluq ifadə edirlər.

Oxu.Az-la fikirlərini bölüşən Yeni Zelandiya parlamentinin deputatı Aupito Uilyam bildirib ki, əlilliyi olan insanlara ən yaxşı şərait məhz COP29-da yaradılıb:

"Qeydiyyat masalarının yanında əlillər üçün xüsusi yerlər ayrılıb ki, biz növbədə dayanıb çox əziyyət çəkməyək. Bu proses bizə çox kömək edir və iştirakımızı asanlaşdırır. Ümumiyyətlə, elektrikli təkərli arabadan istifadə edənlər üçün bütün şərait yaradılıb. Giriş və çıxış qapılarında da heç bir məhdudiyyət və çətinlik yoxdur".

"Bu baxımdan, hesab edirəm ki, Azərbaycan tədbirə çox yaxşı hazırlaşıb. Hətta bütün ərazi beynəlxalq standartlara cavab verəcək şəkildə tərtib olunub", - deyə xarici nümayəndə əlavə edib.

COP29-un nigeriyalı nümayəndəsi Cozef Abiodun Omoniyi də Oxu.Az-a tədbirdə onlar üçün yaradılan şəraitdən razı qaldığını bildirib:

"Burada əlilliyi olan insanların asan hərəkət etməsi üçün bir sıra müxtəlif yollar var. Bu, kovrolitin sıxlığından tutmuş, əlilliyi olan şəxslərin yerləşdirilməsi üçün təşkil olunan vasitələrə və insanlara qədərdir. Əlillərə kömək edən çox sayda könüllü var ki, mən onların üzv olduğu təşkilatlardan biri ilə mütəmadi əlaqə saxlayıram. Ona görə də heç bir yerdə hərəkətlilik baxımından çətinlik çəkmirik.

Əlilliyi olan insan kimi müşahidə etdiklərim bunları deməyə əsas verir".

"COP29-dan gözləntim bütün vədlərin yerinə yetirilməsi və əlilliyi olan şəxslərin də bu kimi beynəlxalq tədbirlərdə iştirakına, eləcə də proseslərdə söz sahibi olmasına şərait yaradılmasıdır. İnklüzivlik və inkişaf etməkdə olan ölkələrin maliyyələşdirilməsini təmin etmək bir-birinə bağlı məsələlərdir", - deyə nigeriyalı nümayəndə diqqətə çatdırıb.

Avropa Əlillər Forumunun icraiyyə komitəsinin üzvü, hüquq müdafiəçisi Nadya Hadad da onlara yaradılan şəraitlə bağlı Oxu.Az-la fikirlərini bölüşüb:

"Yerləşdiyimiz ərazidən tədbirin keçirildiyi məkana gəlmək üçün sifariş verə biləcəyimiz xüsusi taksilər var. Biz burada olanda taksi üçün istifadə edə biləcəyimiz bəzi çeklər aldıq. Bu, hərəkətimizi asanlaşdırmaq üçün çox yaxşı addımdır. Lakin dünyada 1.3 milyard əlilliyi olan insan var və çox istərdik ki, beynəlxalq tədbirlərdə səsimiz daha çox eşidilsin".

"Ümumiyyətlə, COP29 hər formada çox yaxşı təşkil olunub. Çox şey əlçatandır və bu da işimizi asanlaşdırır. Ümid edirik ki, tədbirin sonunda məqsədimizə nail olacağıq", - deyə qonaq fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Noyabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri