Icma.az, Oxu.az saytına istinadən bildirir. Son vaxtlar sosial şəbəkələrdə balinanın qusuntusu kimi təqdim olunan və "amber" adlandırılan ma
Paylaşımlarda qeyd olunur ki, bu maddə nadir ətirlərin tərkibinə daxil edilir və onu tapan şəxslər bir anda varlana bilərlər.
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən parfümer Murad Məsud bu iddiaların reallıq payını izah edib.
M.Məsud bildirib ki, söhbət "ambraqris" (ambergris) adlı maddədən gedir və bu, həqiqətən də parfümeriyada istifadə olunan ən bahalı inqrediyentlərdən biridir: "Ambraqrisin tərkibində ud, müşk, gül yağı və digər yüksəkkeyfiyyətli komponentlər olur.
Dünyaca məşhur ətirlərin bir çoxunda bu maddəyə rast gəlmək mümkündür. Ancaq bu maddə daş formasında birbaşa ətirə əlavə edilmir.
Onun qoxusunu çıxarmaq üçün xüsusi üsullardan, texnologiyalardan istifadə olunur. Yəni ambraqris olduğu kimi götürülüb ətirə qatılmır".
Parfümerin sözlərinə görə, bu maddə adətən okean sahillərində tapılır, bəzi hallarda üzərkən kiminsə qarşısına çıxa bilər.
"Sözügedən maddəyə çox nadir hallarda rast gəlinir və bu səbəbdən də olduqca bahalıdır.