Icma.az
close
up
RU
Bir milyon dollarlıq balina qusuntusu? Ətir sənayesinin ƏN GİZLİ silah ı

Bir milyon dollarlıq balina qusuntusu? Ətir sənayesinin ƏN GİZLİ silah ı

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Son vaxtlar sosial şəbəkələrdə balinanın qusuntusu kimi təqdim olunan və "amber" adlandırılan maddənin bir milyon dollar dəyəri olduğu iddia edilir. Paylaşımlarda qeyd olunur ki, bu maddə nadir ətirlərin tərkibinə daxil edilir və onu tapan şəxslər bir anda varlana bilərlər.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən parfümer Murad Məsud bu iddiaların reallıq payını izah edib.

M.Məsud bildirib ki, söhbət "ambraqris" (ambergris) adlı maddədən gedir və bu, həqiqətən də parfümeriyada istifadə olunan ən bahalı inqrediyentlərdən biridir:

"Ambraqrisin tərkibində ud, müşk, gül yağı və digər yüksəkkeyfiyyətli komponentlər olur. Dünyaca məşhur ətirlərin bir çoxunda bu maddəyə rast gəlmək mümkündür. Ancaq bu maddə daş formasında birbaşa ətirə əlavə edilmir. Onun qoxusunu çıxarmaq üçün xüsusi üsullardan, texnologiyalardan istifadə olunur. Yəni ambraqris olduğu kimi götürülüb ətirə qatılmır".

Parfümerin sözlərinə görə, bu maddə adətən okean sahillərində tapılır, bəzi hallarda üzərkən kiminsə qarşısına çıxa bilər.

"Sözügedən maddəyə çox nadir hallarda rast gəlinir və bu səbəbdən də olduqca bahalıdır. Nadirliyi və əldə edilməsinin çətinliyi bu maddəni daha da dəyərli edir. Amma onun qiyməti konkret rəqəmlərlə ifadə olunmur. Bəzən marketinqin bir hissəsi olaraq bu mövzu şişirilir, zarafatlara çevrilir", - deyə Murad Məsud qeyd edib.

O, həmçinin vurğulayıb ki, hər tapılan maddə ambraqris olmaya bilər:

"Maddənin əsl olub-olmadığını yalnız qoxu ilə müəyyən etmək mümkün deyil. Ən doğru üsul laborator analizlərə göndərilməsi və ekspertizadan keçirilməsidir. Yalnız bu halda ambraqrisin orijinal, yoxsa imitasiyası olduğu ortaya çıxar".

Murad Məsud onu da əlavə edib ki, beynəlxalq ədəbiyyatda və sənayedə bu maddə "ambergris", bəzi dillərdə isə "amper qriz" kimi tələffüz olunur, bu da yazılış və səslənmədəki fərqlərdən irəli gəlir.

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 İyul 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see286

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see166

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see124

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri