Bir müəllim 40 45 şagird Məktəblərdə şagird sıxlığı necə olmalıdır? | Icma.az
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq. Azərbaycanda bəzi məktəblərdə siniflərdəki şagird sayı normadan artıq olur.
Bu, nəinki tədrisin keyfiyyətinə ciddi təsir göstərir, həm də şagirdlərin fiziki və psixoloji vəziyyətinə mənfi təsir göstərə bilir.
Bu cür sıxlıq şəraitində müəllim hər bir şagirdə fərdi yanaşmaqda çətinlik çəkir, nəticədə təhsil prosesində keyfiyyət azalır.
“Ümumi təhsil haqqında” Qanununun 12.8-ci maddəsinə uyğun olaraq sinif otağının bir şagird üçün müəyyən edilmiş sahə normativi nəzərə alınmalıdır.
Dövlət ümumi təhsil müəssisəsində ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir.
Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.
Ancaq bəzi məktəblərdə bu qaydalara müxtəlif səbəblərdən riayət etmirlər.
Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib ki, sinifdə şagird sayının və dərs müddətinin tədrisin keyfiyyətinə təsiri, həm müəllimlər, həm valideynlər, həm də təhsil ekspertləri tərəfindən diqqətlə izlənilən məsələlərdəndir: “Bu mövzunu üç fərqli baxış bucağından — müəllim, valideyn və ekspert kimi — nəzərdən keçirək.
Tam oxu
Xəbəri oxu