Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Bir müəllim 40 45 şagird Məktəblərdə şagird sıxlığı necə olmalıdır?

Bir müəllim 40 45 şagird Məktəblərdə şagird sıxlığı necə olmalıdır?

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda bəzi məktəblərdə siniflərdəki şagird sayı normadan artıq olur. Bu, nəinki tədrisin keyfiyyətinə ciddi təsir göstərir, həm də şagirdlərin fiziki və psixoloji vəziyyətinə mənfi təsir göstərə bilir. Bu cür sıxlıq şəraitində müəllim hər bir şagirdə fərdi yanaşmaqda çətinlik çəkir, nəticədə təhsil prosesində keyfiyyət azalır.

“Ümumi təhsil haqqında” Qanununun 12.8-ci maddəsinə uyğun olaraq sinif otağının bir şagird üçün müəyyən edilmiş sahə normativi nəzərə alınmalıdır. Dövlət ümumi təhsil müəssisəsində ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.

Ancaq bəzi məktəblərdə bu qaydalara müxtəlif səbəblərdən riayət etmirlər.

Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib ki, sinifdə şagird sayının və dərs müddətinin tədrisin keyfiyyətinə təsiri, həm müəllimlər, həm valideynlər, həm də təhsil ekspertləri tərəfindən diqqətlə izlənilən məsələlərdəndir:

“Bu mövzunu üç fərqli baxış bucağından — müəllim, valideyn və ekspert kimi — nəzərdən keçirək. Bir müəllim olaraq, sinifdə şagird sayının tədrisin effektivliyinə birbaşa təsir etdiyini müşahidə etmişəm. Sinifdə 20-25 şagird olması, hər bir şagirdə fərdi yanaşma və dərsə aktiv qatılmaq imkanı yaradır. Bu say, həmçinin müəllimə dərs materiallarını daha dərindən izah etmək və şagirdlərin suallarını cavablandırmaq üçün kifayət qədər vaxt verir. Lakin sinifdə şagird sayı 30 və ya daha çox şagird olduqda, fərdi diqqət azalır və dərsin keyfiyyəti aşağı düşə bilir. Valideynlər də övladlarının təhsil aldığı sinifdə şagird sayının 20-25 arasında olmasını istəyirlər. Bu, müəllimin hər bir şagirdə daha çox diqqət ayırmasına və övladlarımızın təhsildə daha yaxşı nəticələr əldə etməsinə kömək edir. 45 dəqiqəlik dərs müddəti, əgər sinifdə şagird sayı optimaldırsa, şagirdlərin dərsi mənimsəməsi və müəllimlə interaktiv şəkildə iştirak etməsi üçün kifayət edir. Lakin şagird sayı çox olduqda, bu müddət kifayət etməyə bilər və şagirdlərin dərsdən tam faydalanması çətinləşə bilər”.

G.Əkbərova bildirib ki, beynəlxalq təcrübəyə əsasən, OECD ölkələrində ibtidai təhsil səviyyəsində sinifdə orta hesabla 21 şagird olur:

“Məsələn, İngiltərədə bu rəqəm 27-dir və bu, OECD ölkələri arasında ən yüksək göstəricilərdən biridir. Araşdırmalar göstərir ki, sinifdə şagird sayının artması müəllimin fərdi diqqət ayırma imkanını azaldır və dərsin effektivliyini aşağı salır. 45 dəqiqəlik dərs müddəti beynəlxalq standartlara uyğundur və əgər sinifdə şagird sayı optimaldırsa, bu müddət həm müəllimin izahı, həm də şagirdlərin iştirakçılığı üçün kifayət edir. Lakin sinifdə şagird sayı çox olduqda, bu müddət kifayət etməyə bilər və dərsin keyfiyyəti aşağı düşə bilər.Əlbəttə alternativ çıxış yolları da istifadə edilə bilər. Məsələn dərs müddətinin 45 dəqiqədən 60 dəqiqəyə qaldırmaq necə bir dəyişiklik yarada bilər? Bu, sadəcə 15 dəqiqə deyil, bu, müəllimə daha dərindən izah etmək, şagirdə daha yaxşı anlamaq, sual vermək, müzakirə etmək üçün qiymətli imkandır! Düşünürəm ki, balalarımızın beynində qığılcım yandıran, "aha!" anlarını yaşamaq üçün vaxt lazımdır”.

“İnteraktiv metodlar da təhsili canlı, rəngarəng bir səyahətə çevirir. Quru, monoton dərslər yerinə, onları düşündürən, həvəsləndirən, yaradıcılığa sövq edən metodlar tətbiq edəndə kifayət qədər hər bir şagirdə zaman ayrılmış olar. Və ya assistent müəllim və ya sonuncu kurs tələbələr könüllü assistent kimi müəllimlərə 45 dəqiqəlik dərs müddətində yardımçı ola bilərlər.

Bəzi ölkələrdə isə məktəb ilinin özünü uzadırlar, bəziləri isə həftənin dərs günlərini artırırlar. Amma söhbət sadəcə saatları toplamaqdan getmir - hər bir dəqiqənin keyfiyyətli keçməsidir əsas məsələ.

İnanıram ki, təhsil sahəsinə yatırılan hər bir diqqət, hər bir qayğı, gələcəyimizə yatırılan ən böyük sərmayədir. Övladlarımızın parlaq zəkası, bizim onlara verdiyimiz təhsilin keyfiyyəti ilə cilalanır. Onların gələcəyinə heç birimiz biganə qalmayaq”- müsahibimiz qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:465
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Aprel 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri