Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Transformers” seriyasının əfsanəvi personajı "Optimus Prime"a onilliklər ərzində səsi ilə həyat verən Piter Kallen 85 yaşında vəfat edib.
Demokrat.az xəbər verir ki, “Winnie the Pooh”dakı İyor (Eeyore) obrazı başda olmaqla, yüzlərlə ekran işində səsi ilə iz qoyan Kallenin ölüm səbəbi hələ açıqlanmayıb.
Kino və animasiya dünyasının ən tanınmış səs aktyorlarından Piter Kallendən kədərli xəbər gəlib. Kanadalı səs aktyoru avqustun 26-da, çərşənbə günü Los-Ancelesdəki evində dünyasını dəyişib. Onun nümayəndəsi Kevin Motlinin təsdiqlədiyi məlumata görə, Kallen ailəsinin yanında 85 yaşında həyata vida edib. Ölüm səbəbi ilə bağlı isə hələlik açıqlama verilməyib.
Kallenin karyerasında dönüş nöqtəsi 1984-cü ildə baş verib. “The Transformers” animasiya serialında Autobotların lideri "Optimus Prime"ı səsləndirən Kallenin güclü və sakit bariton səsi qısa müddətdə personajla eyniləşib.
İllər keçməsinə baxmayaraq "Optimus Prime"dan ayrılmayan Kallen 2007-ci ildə başlayan “Transformers” canlı çəkiliş film seriyasında da personajı səsləndirib. O, sonuncu dəfə 2023-cü ildə ekranlara çıxan “Transformers: Rise of the Beasts” filmində Optimus Prime kimi tamaşaçı qarşısına çıxıb.
Kallen illər sonra "Optimus Prime"ın unudulmaz səsini formalaşdırarkən Vyetnam müharibəsində xidmət etmiş böyük qardaşı Laridən ilham aldığını danışmışdı.
Qardaşının qəhrəman personajı canlandırarkən güc və şəfqəti bir arada daşımaq barədə verdiyi məsləhət "Optimus Prime"ın xarakterik səsinin əsasını təşkil edib. Kallenin ailəsi də sənətkarın vəfatından sonra yayımladığı açıqlamada onunla eyniləşən “Şəfqətli olacaq qədər güclü ol” sözlərini xatırladıb.
Piter Kallenin yarım əsrdən çox davam edən karyerası "Optimus Prime" ilə məhdudlaşmırdı. Kallen “Winnie the Pooh” ekran işlərindəki melanxolik eşşək İyor obrazını da uzun illər səsləndirib.
“Knight Rider” serialında KARR obrazını səsləndirən Kallen 1976-cı ildə çəkilmiş “King Kong” filmində Konqun səsini, 1987-ci il istehsalı “Predator” filmində isə məxluqun xarakterik səs effektlərini yaradıb. Karyerası ərzində onun 200-dən çox aktyorluq və səsləndirmə işi olub.
Səsləndirmə dünyasına verdiyi töhfələrə görə Kallen 2023-cü ildə “Children's & Family Emmy” mükafatlarında Ömürlük uğur mükafatına layiq görülüb. “Transformers: Prime” serialındakı performansına görə isə “Daytime Emmy” mükafatına namizəd olub.
Kallenin ailəsi sənətkarın pərəstişkarlarından onun irsini “şəfqət, dürüstlük və sədaqətlə” yaşatmağı xahiş edib.
Piter Kallen arxasında övladları Anqus, Kler, Pilar və Kleyi, eləcə də 40 ildən artıq müddətdə müxtəlif nəsillərin yaddaşında yaşayan Optimus Prime-ın unudulmaz səsini qoyub.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, “Winnie the Pooh”dakı İyor (Eeyore) obrazı başda olmaqla, yüzlərlə ekran işində səsi ilə iz qoyan Kallenin ölüm səbəbi hələ açıqlanmayıb.