Icma.az
close
up
RU
Bir nəslin səsi susdu: Piter Kallen vəfat etdi

Bir nəslin səsi susdu: Piter Kallen vəfat etdi

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Transformers” seriyasının əfsanəvi personajı "Optimus Prime"a onilliklər ərzində səsi ilə həyat verən Piter Kallen 85 yaşında vəfat edib. 
Demokrat.az
xəbər verir ki, “Winnie the Pooh”dakı İyor (Eeyore) obrazı başda olmaqla, yüzlərlə ekran işində səsi ilə iz qoyan Kallenin ölüm səbəbi hələ açıqlanmayıb.
Kino və animasiya dünyasının ən tanınmış səs aktyorlarından Piter Kallendən kədərli xəbər gəlib. Kanadalı səs aktyoru avqustun 26-da, çərşənbə günü Los-Ancelesdəki evində dünyasını dəyişib. Onun nümayəndəsi Kevin Motlinin təsdiqlədiyi məlumata görə, Kallen ailəsinin yanında 85 yaşında həyata vida edib. Ölüm səbəbi ilə bağlı isə hələlik açıqlama verilməyib.
Kallenin karyerasında dönüş nöqtəsi 1984-cü ildə baş verib. “The Transformers” animasiya serialında Autobotların lideri "Optimus Prime"ı səsləndirən Kallenin güclü və sakit bariton səsi qısa müddətdə personajla eyniləşib.
İllər keçməsinə baxmayaraq "Optimus Prime"dan ayrılmayan Kallen 2007-ci ildə başlayan “Transformers” canlı çəkiliş film seriyasında da personajı səsləndirib. O, sonuncu dəfə 2023-cü ildə ekranlara çıxan “Transformers: Rise of the Beasts” filmində Optimus Prime kimi tamaşaçı qarşısına çıxıb.
Kallen illər sonra "Optimus Prime"ın unudulmaz səsini formalaşdırarkən Vyetnam müharibəsində xidmət etmiş böyük qardaşı Laridən ilham aldığını danışmışdı.
Qardaşının qəhrəman personajı canlandırarkən güc və şəfqəti bir arada daşımaq barədə verdiyi məsləhət "Optimus Prime"ın xarakterik səsinin əsasını təşkil edib. Kallenin ailəsi də sənətkarın vəfatından sonra yayımladığı açıqlamada onunla eyniləşən “Şəfqətli olacaq qədər güclü ol” sözlərini xatırladıb.
Piter Kallenin yarım əsrdən çox davam edən karyerası "Optimus Prime" ilə məhdudlaşmırdı. Kallen “Winnie the Pooh” ekran işlərindəki melanxolik eşşək İyor obrazını da uzun illər səsləndirib.
“Knight Rider” serialında KARR obrazını səsləndirən Kallen 1976-cı ildə çəkilmiş “King Kong” filmində Konqun səsini, 1987-ci il istehsalı “Predator” filmində isə məxluqun xarakterik səs effektlərini yaradıb. Karyerası ərzində onun 200-dən çox aktyorluq və səsləndirmə işi olub.
Səsləndirmə dünyasına verdiyi töhfələrə görə Kallen 2023-cü ildə “Children's & Family Emmy” mükafatlarında Ömürlük uğur mükafatına layiq görülüb. “Transformers: Prime” serialındakı performansına görə isə “Daytime Emmy” mükafatına namizəd olub.
Kallenin ailəsi sənətkarın pərəstişkarlarından onun irsini “şəfqət, dürüstlük və sədaqətlə” yaşatmağı xahiş edib.
Piter Kallen arxasında övladları Anqus, Kler, Pilar və Kleyi, eləcə də 40 ildən artıq müddətdə müxtəlif nəsillərin yaddaşında yaşayan Optimus Prime-ın unudulmaz səsini qoyub.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Avqust 2026 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri