Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. İsrail-Türkiyə münasibətlərində gərginlik yeni mərhələyə keçir.
İsrail hökumətinin bu gün verdiyi açıqlamada Ankaraya "Eurofighter" tipli qırıcıların satılmasına açıq şəkildə qarşı çıxılıb.
Tel-Əviv bu addımın regional balansı poza biləcəyini əsas gətirərək, müttəfiqlərini Türkiyəyə hərbi texnologiya transferindən çəkinməyə çağırıb.
İsrailin bu mövqeyi, xüsusilə Suriyada davam edən proseslər fonunda, Türkiyənin maraqları ilə ciddi ziddiyyət təşkil edir.Tel-Əviv uzun müddətdir ki, Suriyada müəyyən bölgələrin nəzarətdə saxlanmasını regional təhlükəsizlik adına strateji prioritet hesab edir.
Lakin bu yanaşma Türkiyənin sərhəd təhlükəsizliyi və bölgədəki siyasi balansı qorumaq istiqamətindəki maraqları ilə toqquşur.
Bütün bunlar fonunda Ankara-Tel-Əviv xəttində həm diplomatik, həm də informasiya müstəvisində gərginliyin getdikcə artdığı müşahidə olunur.
Maraqlıdır görəsən, bu durum İsrail və Türkiyə arasında qarşıdurmaya səbəb ola bilərmi?
Turkustan.az olaraq bu sualımızı politoloq Samir Hümbətova ünvanladıq.