Icma.az
close
up
RU
Bir region, iki nəhəng güc Türkiyə və İsrail qarşıdurması qaçılmazdır? ŞƏRH

Bir region, iki nəhəng güc Türkiyə və İsrail qarşıdurması qaçılmazdır? ŞƏRH

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail-Türkiyə münasibətlərində gərginlik yeni mərhələyə keçir. İsrail hökumətinin bu gün verdiyi açıqlamada Ankaraya "Eurofighter" tipli qırıcıların satılmasına açıq şəkildə qarşı çıxılıb.

Tel-Əviv bu addımın regional balansı poza biləcəyini əsas gətirərək, müttəfiqlərini Türkiyəyə hərbi texnologiya transferindən çəkinməyə çağırıb. İsrailin bu mövqeyi, xüsusilə Suriyada davam edən proseslər fonunda, Türkiyənin maraqları ilə ciddi ziddiyyət təşkil edir.
Tel-Əviv uzun müddətdir ki, Suriyada müəyyən bölgələrin nəzarətdə saxlanmasını regional təhlükəsizlik adına strateji prioritet hesab edir. Lakin bu yanaşma Türkiyənin sərhəd təhlükəsizliyi və bölgədəki siyasi balansı qorumaq istiqamətindəki maraqları ilə toqquşur. Bütün bunlar fonunda Ankara-Tel-Əviv xəttində həm diplomatik, həm də informasiya müstəvisində gərginliyin getdikcə artdığı müşahidə olunur.

Maraqlıdır görəsən, bu durum İsrail və Türkiyə arasında qarşıdurmaya səbəb ola bilərmi? Turkustan.az olaraq bu sualımızı politoloq Samir Hümbətova ünvanladıq.

Samir Hümbətov

Siyasi proseslərin gedişində elə bir vəziyyət yaranıb ki, artıq müharibənin və ya sülhün harada və necə baş verəcəyi bəlli deyil. Bəli, İsrail və Türkiyə arasında gərginlik getdikcə artır. İsraildən gələn bəzi açıqlamalar isə münasibətləri daha da gərginləşdirir, çünki Türkiyəyə qarşı hücum yönümlü fikirlər səsləndirilir.

Türkiyədə də bu məsələyə dair narahatlıqlar artır, ekspertlər və ictimaiyyət arasında İsrailin bu davranışlarının ciddi qarşıdurmaya yol aça biləcəyi ehtimalı müzakirə olunur. Mövcud mənzərə göstərir ki, iki ölkə arasında ciddi gərginlik mövcuddur. Hələlik bu gərginlik hibrid müstəvidə – daha çox informasiya müharibəsi formasında davam edir. Lakin bunun real qarşıdurmaya çevrilib-çevrilməyəcəyi atılacaq növbəti addımlardan asılı olacaq. Xüsusilə bu proseslər Suriyada baş verən hadisələrlə birbaşa əlaqəlidir.

Əgər tərəflər bir qədər səbirli və məsuliyyətli davranarlarsa, qarşıdurma əvəzinə normal diplomatik dialoq qurmaq mümkündür. Bununla belə, bir mühüm məqamı da nəzərə almaq lazımdır: İsrail və Türkiyə arasında uzun illərə dayanan genişmiqyaslı ticarət əlaqələri mövcuddur. Bu iqtisadi əməkdaşlıq ehtimal edir ki, tərəflərin açıq qarşıdurmaya getməsinin qarşısını alacaq əsas amillərdən biri ola bilər.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 İyul 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri