Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Biz bu gün öz nəzərlərimizi düşmənə yönəltməzdən əvvəl özümüzə, öz daxilimizə, öz ruhumuza baxaq, onu bütün çirkinliklərdən təmizləyək, onu gözəlliklə, paklıqla dolduraq, qoy biz təmiz, gözəl olaq, düşmən isə çirkin olaraq qalacaq, sonra öz sözümüzü, öz gücümüzü, öz nəzərlərimizi o murdar düşmənə qarşı yönəldək, onda o bu gözəllik, bu ruh birliyi qarşısında tab gətirməyib əriyəcək və məhv olacaq...” "Əgər biz bu QÜVVƏyə doğru can atırıqsa, cəhd ediriksə, o bizi irəliyə aparır və bizim yolumuzu asanlaşdırır...
Bu qüvvədən uzaqlaşan isə tamamilə insanlıqdan çıxır, heyvanlaşır və deməli, özü öz cəzasına çatır..." 36 il öncə bu gün –yəni 1990-cı il yanvarın 20-də tale elə gətirmişdi ki, ali məktəbin 3-cü kursunda təhsil alan bu sətirlərin müəllifi Bakıda yox, Laçında idi...
Məsələ ondadır ki, 1990-cı illərin ilk günlərində paytaxt Bakı ilə yanaşı, keçmiş Dağlıq Qarabağ və ətraf bğlgələrdə, o cümlədən Laçında da vəziyyət gərginləşmişdi, Moskva tərəfindən dəstəklənən erməni yaraqlıların Ermənistanla sərhəddəki, həmçinin daxildə ermənilər yaşayan kəndlərimizlə qonşu kəndlərə də hücumları və nəticədə insan itkiləri getdikcə artırdı.
O zaman bəndəniz institutda könüllü dəstə yaradıb Laçına yollanmaq təşəbbüsü ilə çıxış etdi.
Azərbaycan Xalq Cəbhəsinin ali məktəbdəki dayaq dəstəsi bu təşəbbüsü dəstəklədi.
Həmin dəstə rəhbərlərinin sözlərinə görə, o zaman hələ AXC-nin idarə heyətində olan Nemət Pənahov Laçına çatdıqdan az sonra könüllü dəstəmizə silah da göndərəcəyini vəd etmişdi.
Bu minvalla Laçının hücum təhlükəsi olan kəndlərindəki postlarda durmaq yerli insanlara dəstək olmaq məqsədilə yanvarın 13-də təxminən 15 nəfərdən ibarət kiçik bir könüllü dəstə ilə Laçına yollandıq.